İran bunu etsə, “kiberqiyamət” olacaq! Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ ilə İran arasında hərbi münaqişə riski pik həddə çatdığı bir vaxtda, İrana yaxın mənbələr tərəfindən paylaşılan səs-küylü video qlobal rabitə şəbəkəsinə təhdidləri yenidən gündəmə gətirib. Süni intellektlə hazırlanmış kadrlar Hürmüz boğazının dibindən keçən strateji fiberoptik kabellərə qarşı ehtimal edilən təxribat ssenarisini nümayiş etdirir.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan videoda Hürmüz boğazından keçən sualtı internet kabellərinin dəniz dibinə yerləşdirilmiş bombalarla partladıldığı görünür.
Ssenariyə əsasən, bu zərbədən sonra xüsusən Fars körfəzi ölkələrində internetə çıxış tamamilə kəsilir, maliyyə və bank kartı əməliyyatları iflic olur, texnologiya şirkətlərinin robotlaşdırılmış sistemləri fəaliyyətini dayandırır.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl mümkün hərbi hücuma cavab olaraq Hürmüz boğazındakı sualtı fiberoptik xətləri sıradan çıxaracağı, həmçinin bərpa işlərinə mane olmaq üçün əraziyə göndərilən təmir gəmilərini vuracağı ilə hədələmişdi.
Hürmüz boğazı və Fars körfəzi təkcə neft daşımalarının əsas arteriyası deyil, həm də Asiya, Avropa və Yaxın Şərqi birləşdirən qlobal internet trafikinin əsas onurğası hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 30 Oktyabr 2026 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















