WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bredli Kuper Birləşmiş Ştatlar Prezidenti Donald Trampa İrana mümkün zərbələr üçün seçimlər barədə məruzə təqdim edib.
"The Wall Street Journal"ın verdiyi məlumata görə, görüş cümə axşamı Ağ Evdə baş tutub.
Nəşrin məlumatına görə, müzakirələrdə ABŞ-nin hərbi naziri Pit Heqset və Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak edib.
Qəzet qeyd edir ki, Kuper nadir hallarda Trampa hərbi planlar barədə şəxsən məlumat verir. WSJ-nin qiymətləndirməsinə görə, görüş Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başlatmağı getdikcə daha ciddi şəkildə düşündüyünü göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 30 Oktyabr 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















