Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Azərbaycanda 200 ə yaxın avtomobil yollarda yanıb FHN rəsmisi səbəblərdən DANIŞDI

Azərbaycanda 200 ə yaxın avtomobil yollarda yanıb FHN rəsmisi səbəblərdən DANIŞDI

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar avtomobillərin, kənd təsərrüfatı sahələrinin və meşəlik ərazilərin yanması cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Bəs görəsən, səbəb nədir? İnsan səhlənkarlığı, hava şəraiti, yoxsa digər amillər?

Yanğın təhlükəsizliyi ilə bağlı hansı addımlar atılmalıdır, vətəndaşlar təhlükəsizliyə necə diqqət etməlidirlər?

Bu və digər suallarla bağlı Oxu.Az-ın əməkdaşı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Cəmil Xudiyevlə söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Son zamanlar sosial şəbəkələrdə avtomobillərin yolun ortasında yanması ilə bağlı videolar artıb. Xüsusilə isti havalarda bu halların çoxalması müşahidə olunur. Sizcə, bu yanğınların əsas səbəbi nədir - hava şəraiti, texniki nasazlıq, yoxsa avtomobillərin keyfiyyəti?

- Apardığımız təhlillər göstərir ki, avtomobil yanğınlarının əksəriyyəti məhz texniki nasazlıqlar və onlara vaxtında müdaxilə olunmaması nəticəsində baş verir. Bəzi qəza hallarında da yanğınlar müşahidə olunur, lakin bu, ümumi mənzərədə azlıq təşkil edir.

Avtomobillərə düzgün texniki qulluq göstərilməməsi, xüsusilə mexaniki nasazlıqların aradan qaldırılmaması, nasaz hissələrin qeyri-peşəkar şəxslərə etibar olunaraq təmir etdirilməsi son nəticədə yanğınla nəticələnir. Bundan başqa, avtomobilin interyerinə əlavə avadanlıqların - monitorlar, enerji cihazları və sair düzgün quraşdırılmaması və elektrik sisteminin yüklənməsi alovlanmaya səbəb olur. Elektrik naqillərində baş verən qısaqapanmalar, mühərrik hissəsində toplanmış yağ-sürtkü materialları yanğının salon daxilində sürətlə yayılmasına şərait yaradır.

- Ümumi yanğınlar və avtomobil yanğınları ilə bağlı statistika nə yerdədir?

- 2025-ci ilin ötən dövründə rəsmi statistik uçota düşən avtomobil yanğınlarının sayı 192-dir. Bundan əlavə, 2024-cü ilin birinci altı ayı ərzində 829 yanğın qeydiyyata alınıb. 2025-ci ilin birinci altı ayı ərzində isə 777 yanğın olub. Qısası, 2025-ci ilin birinci altı ayı ərzində baş vermiş ümumi yanğınların sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52 fakt azalıb. Bu, yanğınlardan dəyən ziyana da müsbət təsir göstərib. Belə ki, 2024-cü il ərzində yanğınlardan 11 milyon 58 min 712 manat ziyan dəyib. Cari ildə bu göstərici 9 milyon 670 min 534 manat təşkil edib. Bu da müqayisədə yanğınlardan dəyən maddi ziyanın 1 milyon 388 min 178 manat azalması deməkdir. Yanğınlarda insan ölümü ilə bağlı statistika yanğınlarda dəyişməyib, xəsarət alanların sayı isə 40 fakt azalıb. Sonda xüsusilə qeyd edim ki, bunlar qeydiyyata alınmış yanğınların statistikasıdır.

- Vətəndaşlar avtomobillərində yanğın riskini azaltmaq üçün nələrə diqqət etməlidirlər? Yanğınsöndürən balon mütləq olmalıdırmı və hansı hallarda istifadə olunur?

- Bəli, mütləq olmalıdır. Hətta bununla bağlı normativ sənədlərdə də tələblər var. Avtomobillər yanğınsöndürən balonlarla təmin olunmalıdır və bu balonlar istismar müddəti bitdikdə ya təzələnməli, ya da yenisi ilə əvəz olunmalıdır.

Balonun tərkibindəki kimyəvi maddələr zamanla təsirini itirə və ya kristallaşa bilər. Belə olanda balonu istifadə etmək mümkün olmur. Avtomobildə baş verən yanğınların ilkin mərhələdə qarşısının alınmasında bu balonlar əvəzsizdir. Bundan başqa, soyutma sisteminin sazlığı, mühərrikdə yağ sızmalarının qarşısının alınması da vacib məqamlardır. Elektrik naqillərinin izolyasiyasında yaranan qısaqapanmalar da mühərrikin temperaturunun artması ilə yanğına yol aça bilər.

- İyul ayında həm şəhər, həm də kənd yerlərində yanğınların sayı artıb. Bu artım daha çox hansı səbəblərlə bağlıdır? İnsan səhlənkarlığı, hava şəraiti, yoxsa digər amillər?

- Ümumiyyətlə, yay mövsümü yanğınlar üçün əlverişli mühit yaradır. Quru ot örtüyü, yüksək temperatur, küləkli hava şəraiti yanğın riskini artırır. Amma statistikaya əsaslansaq, bu ilin ilk 6 ayı ərzində yanğınların sayında azalma müşahidə olunub.

Lakin sosial şəbəkələrdə yanğınlarla bağlı videoların paylaşılması bu təəssüratı yaradır ki, guya yanğınların sayı çoxalıb. Əslində isə yanğınların səbəblərinin 99%-i insan amili ilə bağlıdır. Yəni ehtiyatsızlıq və qaydalara əməl olunmaması.

- Bəs açıq ərazilərdə baş verən yanğınların səbəbi nədir?

- Açıq ərazilərdə baş verən yanğınların da səbəbi insan amilidir. Məsələn, Laçında baş vermiş son hadisədə üç kənd sakini ocaq qalayıb və onu nəzarətsiz buraxıb. Nəticədə alov quru ot örtüyünə yayılıb. Bu cür məsuliyyətsizlik həm təbiətə, həm də insanların əmlakına ciddi ziyan vurur.

- Vətəndaşların fərdi təhlükəsizlik baxımından ən çox diqqət yetirməli olduqları məqamlar hansılardır? Evdə, bağ evlərində və açıq ərazilərdə nəyi unutmaq olmaz?

- Elektrik cihazlarının istifadəsi zamanı diqqətli olmaq əsas şərtdir. Evdə kondisioner, soyuducu kimi yüksək güc sərf edən cihazların eyni anda işləməsi zamanla şəbəkənin yüklənməsinə və qısaqapanmalara səbəb ola bilər.

Həmçinin, həyət evlərində tullantıların yandırılması zamanı 50 metr ara məsafəsi mütləq qorunmalıdır. Ətrafdakı bina və qurğulardan, qaz və elektrik xətlərindən bu məsafə gözlənilməlidir. Əks halda yanğın digər obyektlərə də keçə bilər.

- Yanğın zamanı vətəndaşların etdiyi ən ciddi səhvlər nədir? Məsələn, su ilə müdaxilə, panika və ya hadisəni gec bildirmək kimi hallar...

- Birinci səhv: panikaya düşmək. İkincisi, yanğını özbaşına söndürməyə çalışmaq, məsələn, elektrik yanğınlarını su ilə söndürmək. Bu, həm insanın öz həyatı üçün təhlükəlidir, həm də yanğının daha da böyüməsinə səbəb olur.

Üçüncü və ən təhlükəlisi isə hadisəni gec bildirməkdir. Tüstülənmə başlayan andan Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat verilməlidir.

- Son günlərdə Laçın və digər azad olunmuş ərazilərdə baş verən yanğınlarla bağlı narahatlıq var. Bu ərazilərdəki yanğınların söndürülməsi hansı çətinliklərlə müşayiət olunur?

- Ən böyük çətinlik minalanmış sahələrdir. Bizim əməkdaşların təhlükəsizliyi birinci plandadır. Bu səbəbdən həmin ərazilərdə əvvəlcə müvafiq qurumlarla birlikdə təhlükəsizlik tədbirləri görülür, sonra müdaxilə edilir.

İkinci əsas çətinlik isə dağlıq relyefdir. Texnikanın yanğın baş verən nöqtəyə yaxınlaşması mümkün olmadıqda əməkdaşlarımız məsafəni piyada qət etməli olurlar. Bu da zaman baxımından əlavə gecikməyə səbəb olur.

- Bəzi iddialara görə, Laçından və digər işğaldan azad olunan ərazilərdə turistlərin diqqətsizliyi (məsələn, siqaret atmaq, ocaq qalamaq) bu yanğınların yaranmasına səbəb olur. Bu iddialar nə dərəcədə əsaslıdır?

- Əlbəttə ki, əsaslıdır. Əgər turist və ya yerli vətəndaş nəzərdə tutulmayan ərazidə siqaret çəkir və kötüyü yerə atırsa, o, artıq potensial təhlükə yaradır. Quru otluqda siqaret közünün yaratdığı temperatur 500-600 dərəcəyə çata bilər ki, bu da yanğını qaçılmaz edir.

- Bu ərazilərdə yanğın riskini azaltmaq üçün vətəndaşlardan və turistlərdən konkret olaraq nə gözlənilir? Hansı davranışlara qəti şəkildə yol verilməməlidir?

- Ocaq qalayan zaman mütləq şəkildə əmin olunmalıdır ki, o, tam söndürülüb. Təkcə su tökməklə kifayətlənmək olmaz, ocağın külü tam sönməli, üstünə torpaq tökülməlidir. Siqaret kötüyü yerlərə atılmamalı, yanar tullantılarla dolu ərazilərdə ehtiyatlı davranılmalıdır. Tur rəhbərlərinə də çağırış edirik ki, qruplarına ən azı bir cümlə ilə yanğın təhlükəsizliyi ilə bağlı xəbərdarlıq versinlər.

- Son illər texnologiyanın tətbiqi ilə bağlı yeniliklər varmı? Məsələn, dronlar, istilik kameraları və ya uzaqdan nəzarət sistemləri istifadə olunurmu?

- Bəli, yeni texnologiyaların tətbiqi ilə bağlı 2023-2025-ci illər üçün fəaliyyət planı mövcuddur. Meşə ərazilərində dronlar, müşahidə qurğuları və istilik kameraları vasitəsilə yanğınların vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində işlər aparılır. Şəhər ərazilərində 112 çevik reaksiya mərkəzinin kameraları ilə nəzarət olunur.

- Nəhayət, bu müsahibəni oxuyan vətəndaşlara bir çağırış etmək imkanınız olsa, əsas olaraq nəyi demək istərdiniz?

- Biz bütün vətəndaşlara çağırış edirik ki, fəaliyyətlərində - istər gəzintidə, istər işdə, istər evdə yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etsinlər. Unutmasınlar ki, qayda pozuntusu inzibati məsuliyyət, fəsad isə cinayət məsuliyyəti doğurur. Xüsusilə yaşıllıqların, əkin sahələrinin yandırılması, hətta ehtiyatsızlıqdan belə olsa, məsuliyyətə səbəb olur. Bu səbəbdən hər kəs yüksək məsuliyyətli olmalı, yanğın təhlükəsizliyini öz həyatının bir hissəsi kimi qəbul etməlidir.

Daha çox foto burada: PhotoStock.az

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri