Azərbaycanda 2040 cı ilə qədər ailə siyasəti dəyişəcək
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Azərbaycanda ailə institutunun qorunması və möhkəmləndirilməsi, demoqrafik çağırışlara cavab verilməsi və ailələrin sosial rifahının artırılması məqsədilə “Ailə institutu – 2040” konsepsiyası hazırlanır. Layihə çərçivəsində müasir dövrdə ailələrin üzləşdiyi problemlərin araşdırılması, nikah və boşanma tendensiyalarının təhlili, uşaqların müdafiəsi və gənc ailələrə dəstək məsələlərinin prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi nəzərdə tutulur. Konsepsiyanın gələcək illər üçün vahid ailə siyasətinin formalaşdırılmasına töhfə verməsi gözlənilir.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Modern.az-a açıqlama verib:
“Azərbaycanda "Ailə institutu – 2040" layihəsinin hazırlanması sevindirici xəbərdir. Çünki hazırkı vəziyyət ürəkaçan deyil. Bu gün ölkəmizdə iki acı gerçəklik müşahidə olunur: nikahların sayı azalır, boşanmaların sayı isə artır. Bu iki amil artıq demoqrafik problem yaradıb və əhalinin artım tempinin zəifləməsinə səbəb olur. Əgər bu tendensiya davam edərsə, 20-30 ildən sonra Azərbaycanda əhalinin sayında azalma başlaya bilər. Əhalinin azalması isə hərbi, siyasi və iqtisadi baxımdan ölkə üçün ciddi problemdir”.
Mail Yaqubun sözlərinə görə, boşanmaların əsas səbəblərini yalnız iqtisadi amillərlə əlaqələndirmək düzgün deyil. Onun fikrincə, bu prosesdə sosial, mənəvi və psixoloji problemlər daha mühüm rol oynayır. Ailə münasibətlərində qarşılıqlı güzəştə getmək, fədakarlıq göstərmək və ailənin mahiyyətini dərk etmək vacibdir. Lakin tərəflərin öz maraqlarını ön plana çəkməsi, eqoizmin üstünlük təşkil etməsi ailədə sabitliyin pozulmasına və nəticədə boşanmalara gətirib çıxarır.
Mail Yaqub bildirib ki, ailə institutunun möhkəmləndirilməsi üçün dövlət tərəfindən maarifləndirmə işləri gücləndirilməlidir. Bu istiqamətdə ailə təlimləri keçirilməli, televiziya kanallarında ailə münasibətlərinə həsr olunan verilişlər, debatlar və sosial məzmunlu seriallar hazırlanmalıdır. Xüsusilə bu proqramların insanların daha çox televiziya izlədiyi axşam saatlarında yayımlanması vacibdir. Eyni zamanda, gənclərin nikaha təşviq edilməsi və mənzil probleminin həlli istiqamətində də müvafiq tədbirlər görülməlidir.
“Dövlət boşanmaların azaldılması üçün mütləq mənəvi-psixoloji istiqamətdə iş aparmalıdır. Eyni zamanda, gənclərin ailə qurmasını stimullaşdırmalı, onların mənzil probleminin həllinə dəstək verməlidir. Əgər bu istiqamətlərdə sistemli iş aparılarsa, əminəm ki, Azərbaycanda boşanmaların sayı azalacaq, nikahların sayı isə artacaq”, - deyə sosioloq bildirib.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Oktyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















