Azərbaycanda 2857 məktəb genişzolaqlı internetlə təmin olunub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub.
APA xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşmanın əsas məqsədi şagirdlər üçün bərabər təhsil və öyrənmə imkanlarının yaradılmasıdır.
"Rəqəmsallaşma ilk növbədə şagirdlər üçün bərabər öyrənmə imkanları yaratmalıdır. Bəzən elə düşünülür ki, interneti olmayan məktəblər var. Əslində, internet bağlantısı olmayan məktəbimiz yoxdur, məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub", – o vurğulayıb.
Vüsal Xanlarov bildirib ki, ölkədə 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub. Həmçinin, şagirdlərin 82 faizi genişzolaqlı internet bağlantısı ilə əhatə edilib. 2020-ci ildə isə bu göstərici 171 məktəbi əhatə edib.
İdarə rəisi qeyd edib ki, məktəblərə ümumilikdə 236 295 kompüterin verilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 15 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















