Icma.az
close
up
RU
Azərbaycanda 4 nazir vəzifəsi boşdur SİYAHIDA BAŞQA POSTLAR DA VAR

Azərbaycanda 4 nazir vəzifəsi boşdur SİYAHIDA BAŞQA POSTLAR DA VAR

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bəzi kreslolar 4 ildir yeni sahibini gözləyir.

Bura muxtar respublika Ali Məclisinin sədri, ədliyyə, mədəniyyət, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisləri, Naxçıvan televiziyası və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı postları daxildir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov 2022-ci il dekabrın 21-də istefa verib. Hazırda həmin vəzifəni sədrin birinci müavini Bəxtiyar Məmmədov icra edir.

Muxtar respublikanın ədliyyə naziri Daşqın Rəhimov 2023-cü il oktyabrın 11-də işdən çıxarılıb. Hazırda ədliyyə nazirinin səlahiyyətlərini nazir müavini Hüseyn Səfərov yerinə yetirir.

Naxçıvan MR-ın mədəniyyət naziri Natəvan Qədimova 2023-cü il mayın 8-də vəzifədən uzaqlaşdırılıb. Nazir vəzifəsinin icrası isə müvəqqəti olaraq nazir müavini Həsən Seyidova həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov 2025-ci il dekabrın 1-də tutduğu vəzifədən azad edilib. Yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası nazir müavini Rəşadət Nabatova tapşırılıb.

Muxtar respublikanın rabitə və yeni texnologiyalar naziri (hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri) Vüsal Sevdimalıyev 2023-cü il sentyabrın 8-də işdən uzaqlaşdırılıb. Həmin il Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilib. Eyni zamanda, nazirin səlahiyyətlərinin icrası da ona həvalə olunub. Lakin R.Ələkbərli 2025-ci ildə nazir müavini vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və eyni zamanda nazir vəzifəsinin icrası Azər Məmmədrəhimova həvalə edilib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli 2025-ci il fevralın 20-də işdən çıxarılıb. Hazırda xidmətə rəis müavini Tural Abdulzadə rəhbərlik edir. Nazirin səlahiyyətlərinin icrası ona həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəis vəzifəsi də boşdur. Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə bir müddət əvvəl işdən çıxarılıb. 2026-cı il mayın 8-də Nurlan Fətəliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Abdulla oğlu Tahirli 2025-ci il iyunun 12-də vəzifəsindən azad olunub. Hazırda televiziyaya müvəqqəti olaraq jurnalist İlhamə Novruzova rəhbərlik edir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi də vakantdır. Bu il fevralın 9-da şəhərin icra başçısı Cabbar Musayev muxtar respublikanın Baş naziri təyin olunub. Prezident İlham Əliyev həmin gün C.Musayevi icra başçısı vəzifəsindən azad edib.

Hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra başçısının birinci müavin Əhməd Vəliyev yerinə yetirir.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 İyun 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri