Azərbaycanda 47 min iş yerinin açılması nəzərdə tutulur
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Azərbaycanda investisiya təşviqi sənədi verilmiş layihələr çərçivəsində 9,3 milyard manatlıq investisiya qoyuluşu və 47 minə yaxın yeni iş yerinin yaradılması planlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev III Milli Rəqabət Forumunda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 1-nə olan məlumata əsasən, 528 sahibkarlıq subyektinə ümumilikdə 633 investisiya təşviqi sənədi təqdim edilib. Bu mexanizmin tətbiq müddəti 2029-cu ilədək uzadılıb.
Nazir müavini bildirib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən cari ilin ilk səkkiz ayı ərzində 4300-ə yaxın layihənin maliyyələşdirilməsinə 223 milyon manat güzəştli kredit ayrılıb.
Elnur Əliyev investisiya təşviqi sənədi verilən layihələrin icrasına nəzarətin vacibliyini də diqqətə çatdırıb.
O qeyd edib ki, təşviq sənədinin verilməsi hələ investisiyanın tam reallaşması demək deyil. Növbəti mərhələdə müəssisələrin fəaliyyətə başlaması, nəzərdə tutulan sərmayənin yatırılması və yeni iş yerlərinin faktiki yaradılması izlənilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 14 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















