Icma.az
close
up
RU
Azərbaycanda 760 MVlıq günəş enerji layihələri üzrə müqavilələr imzalanıb

Azərbaycanda 760 MVlıq günəş enerji layihələri üzrə müqavilələr imzalanıb

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.

"APA-Economics" xəbər verir ki, EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1.7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.

“760 MVt gücündə günəş elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpa olunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir. Bu razılaşma, Azərbaycanın “Masdar” şirkəti ilə uğurlu tərəfdaşlığını və investorlar, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və “yaşıl enerji” ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.

Masdar şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl-Rəmahi isə deyib: "Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnunuq. Bu, Qaradağdakı ölkənin ən böyük günəş elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik".

Qeyd edək ki, cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaların təməlqoyma mərasimi keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see193

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see154

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see143

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see143

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see142

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see138

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see136

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see134

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see133

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see133

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see130

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see129

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see129

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see128

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see124

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see123

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

08 Sentyabr 2025 23:40see118

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see115

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see114

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri