Icma.az
close
up
RU
Azərbaycanda ailə başçısının vəfatı itirən şəxslər dövlət tərəfindən təyin olunan müavinəti ala bilər

Azərbaycanda ailə başçısının vəfatı itirən şəxslər dövlət tərəfindən təyin olunan müavinəti ala bilər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda ailə başçısının vəfatı ilə bağlı müxtəlif müavinətlər var. Ailə başçısını itirdiyi zaman dövlət həmin şəxsin övladlarına yetkinlik yaşına çatana qədər müavinət təyin edir. Eyni zamanda şəxsin həyat yoldaşı da, ailə başçısını itirdiyinə görə müavinət ala bilər. Bu müavinətlərin təyin edilməsi üçün DOST mərkəzlərinə müraciət etmək lazımdır.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Ailə başçısını itirməyə görə müavinət” Azərbaycan Respublikasında “Sosial müavinətlər haqqında” qanuna uyğun olaraq tənzimlənir. Eyni zamanda bu məsələ sosial müavinətlərin, təqaüdlərin və kompensasiyanın təyin olunması üçün sənədlərin, məlumatların rəsmiləşdirməsi qaydalarına müvafiq şəkildə icra olunur.

Ramil Süleymanov / Foto: Bizimyol.info

Hüquqşünas vurğulayıb ki, burada 2 növ yanaşma var. Yəni ailə başçısını itirməyə görə, iki formada müavinət mövcuddur: “Birincisi ondan ibarətdir ki, vəfat edən şəxsin yetkinlik yaşına çatmayan övladları olarsa, belə olan təqdirdə hər şəxsə aylıq 120 manat olmaqla müavinət təyin olunur. Həmin müavinət əsasən 18 yaşına qədər aylıq formada ödənilir.

Əgər vəfat edən şəxsin vəfat edən şəxsin uşağı ali təhsil müəssisəsinə ali təhsil almaq üçün qəbul olunarsa 120 manat ödəmə 23 yaşına qədər davam edir.

Vəfat etmiş şəxsin vəfatından sonra onun ailəsi, ailə üzvləri ölüm haqqında ərizə şəklində, DOST mərkəzinə və ya sosial müdafiə fondunun yerli idarələrinə müraciət edir və müraciət rəsmiləşdirilir. Ölüm haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələri təqdim olunmaqla, müvafiq qaydada ailə başçısını itirməyə görə müavinət təyin olunur”-deyə hüquqşünas bildirib.

Ramil Süleymanov qeyd edib ki, əgər vəfat etmiş şəxsin yetkinlik yaşına çatmayan uşağı yoxdursa, uşaqları yetkinlik yaşına çatıbsa, həyat yoldaşının, arvadının da pensiya hüququ yaranıbsa, belə olan təqdirdə vəfat edən şəxsin arvadına minimum pensiya məbləğinə uyğun şəkildə aylıq 180 manat olmaqla, ailə başçısını itirməyə görə müavinət təyin olunur: “Əgər qadın pensiya yaşına çatdıqda və ona təyin olunan pensiya hüququ yarandıqda ona təyin olunan müavinətin məbləği pensiyanın məbləğindən artıq olarsa, vəfat edən şəxsin həyat yoldaşı əmək pensiyasından imtina edib, müavinət ala bilər. Və yaxud pensiya məbləği müavinətin məbləğindən artıq olarsa, o zaman müavinəti almaqdan imtina edib, öz əmək pensiyası almağa davam edə bilər”.

Hüquqşünas qeyd edib ki, bununla bağlı vəfat edən şəxsin ailə üzvü DOST mərkəzinə və ya Əmək və Əhalinin Sosial Müdafiə fondunun yerli şöbəsinə lazımi sənədləri təqdim edir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri