Icma.az
close
up
RU
Azərbaycanda ailə həkimlərinin sayı niyə azdır? Professordan AÇIQLAMA

Azərbaycanda ailə həkimlərinin sayı niyə azdır? Professordan AÇIQLAMA

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə zamanı xatırladıb ki, 2020-ci ildən Azərbaycan Tibb Universitetində rezidenturada ailə həkimi ixtisası üzrə qəbul həyata keçirilir. O bildirib ki, indiyə qədər bu proqram üzrə otuz nəfər imtahandan keçərək qəbul olunub, lakin cəmi beş nəfər proqramı yekunlaşdırıb.

"Bu say hazırda ilkin səhiyyə xidmətində ailə həkiminə olan tələbatı ödəmir", - deyə o qeyd edib.

Mövcud problemin səbəbləri və həll yolları barədə Oxu.Az-ın suallarını Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri professor İbrahim İsayev cavablandırıb.

Professor deyib ki, bütün dünya ölkələrində ailə həkimliyi üzrə rezidentura təhsili almaq istəyənlərin sayı digər ixtisaslarla müqayisədə azdır və bunun əsas səbəblərindən biri ailə həkimlərinin aldıqları məvacibin az olmasıdır:

"Nümunə üçün deyim ki, ötən əsrin 70-ci illərindən ailə həkimi modelinə keçmiş qonşu ölkə Türkiyədə belə, ilkin səhiyyədə - Ailə Sağlamlıq Mərkəzlərində (ASM) çalışan həkimlərin çox azı ailə həkimliyi ixtisası üzrə rezidentura təhsili alanlardır. Bunun da səbəbi tibb üzrə təhsil aldıqdan və dörd-beş il əlavə rezidentura təhsili üçün vaxt sərf etdikdən sonra alınan məvacibin buna adekvat olmamasıdır. Buna görə də təbii olaraq, əksər məzunlar daha prestijli ixtisaslar seçməyi üstün tuturlar".

İ.İsayev bildirib ki, Azərbaycan Tibb Universitetində ailə həkimliyi üzrə rezidenturaya daxil olub, sonradan bitirməyənlərin, demək olar, hamısı digər dar ixtisaslar üzrə Azərbaycanda, Türkiyədə və ya Almaniyada təhsil almağa üstünlük verib.

Professorun sözlərinə görə, Qərb ölkələrində belə, ixtisaslı ailə həkimlərinin sayı azdır və ailə həkimi kimi çalışanların əksəriyyəti ümumi tibbi təhsilə malik olanlardır:

"Amma Qərb ölkələrində ailə həkimi kimi çalışan həkimlər müəyyən cəlbedici maddi, sosial imtiyazlara malikdirlər".

"Bütün mütərəqqi başlanğıclarda çətinliklər olur. Ölkəmizdə əhaliyə ilkin səhiyyənin əlçatanlığını və fərdi yanaşmanı təmin etmək üçün ailə həkimi modelinə keçilməsi dövlətin uğurlu strateji istiqamətlərindən biridir. Mövcud "Semaşko" tibbi xidmət sistemindən ailə həkimliyinə keçid müəyyən vaxt və resurs tələb edir", - deyə o qeyd edib.

Qeyd edək ki, ailə həkimi uşaqların və böyüklərin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan həkimdir. Hər bir şəxs səhhətində yaranmış problemlə əlaqədar ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimləri müalicə təyin edə, tibbi göstəriş əsasında laborator və instrumental müayinələrə, ehtiyac olduqda isə ixtisas həkiminə göndəriş verə bilərlər.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Fevral 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri