Icma.az
close
up
RU
Azərbaycanda aparılan sosial islahatların nəticələri bütün həssas qrupların həyatında hiss olunur AZƏRTAC

Azərbaycanda aparılan sosial islahatların nəticələri bütün həssas qrupların həyatında hiss olunur AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycanın dövlət siyasətində vətəndaş amili və onun sosial rifahı prioritet məsələdir. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə vətəndaşların sosial rifahının gücləndirilməsi sahəsində görülən davamlı tədbirlər bunun bariz nümunəsidir. İndiyədək dörd böyük sosial islahat həyata keçirilib və onun müsbət nəticələri bütün həssas qrupların həyatında hiss olunur.

AZƏRTAC xəbər verir ki, bunu Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva Prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən deyib.

O, fikrinə davam edərək bildirib: “Əməkhaqqı, pensiyalar və müavinətlər bir neçə dəfə artırılıb. Bu artımın rəqəmlərlə ifadəsi reallığı daha dolğun əks etdirir. Təkcə son illər xərclənən vəsait sosial sahəyə dövlət qayışının miqyasını göstərir. Televiziya jurnalistlərinin suallarını cavablandırarkən Prezident dedi ki, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Dövlətimizin başçısı son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndiyini diqqətə çatdırdı”.

Müsahibimiz daha sonra deyib: “Sosial siyasətin məntiqi davamı isə Prezident İlham Əliyevin ötən il dekabrın 23-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam oldu. Həmin Sərəncam sosial sahədə əhalinin bütün təbəqələrinin rifahını yaxşılaşdırmağı nəzərdə tutur. Sayca beşinci olan sosial islahat paketi kifayət qədər əhatəli və maliyyə tutumludur. Belə ki, onun maliyyə tutumu əlavə olaraq 1,4 milyard manat vəsaiti özündə ehtiva edir. Yeni Sərəncama əsasən bu ildən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 16 faiz artırılıb. Bu rəqəm təkcə minimum əməkhaqqını ehtiva etmir. Belə ki, müxtəlif dövlət qurumları əhatə edən sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılacaq, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək. Yəni minimum əməkhaqqındakı artım xüsusən də dövlət qurumlarında çalışan bütün şəxsləri əhatə etməsi kifayət qədər vacib bir məqamdır. Ayrı-ayrı sosial təbəqələrin rifah halının yaxşılaşmasına yönəldilən bu addım, şübhəsiz ki, cəmiyyətdə razılıqla qarşılanıb və onların həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri