Aksizə cəlb olunan mobil cihazların dairəsi dəqiqləşdirilir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Aksizə cəlb olunan mobil cihazların dairəsi dəqiqləşdirilir.
APA-nın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 20 manat məbləğində aksiz müəyyən edilib, eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində 1 ədəd mobil cihazın gətirilməsi nəzərdə tutulub və bu müddəalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.
Qanun qüvvəyə mindikdən sonra daxil olmuş bir sıra müraciətlərdə fərdi rabitə təyinatı olmayan müxtəlif avadanlıqların gömrük rəsmiləşdirilməsi zamanı aksizə cəlb olunması məsələsi qaldırılıb və bu halın ciddi çətinliklər yaratdığı bildirilib.
Belə ki, xüsusilə ölkənin kommunal infrastrukturunun təkmilləşdirilməsi layihəsi çərçivəsində idxal edilən ağıllı qaz sayğacları, həmin sayğaclarda istifadə olunan təzyiq və temperatur sensorları, habelə məlumatların ötürülməsini təmin edən kommunikasiya modulları ilə bağlı vergi ödəyicisi üçün mübahisəli vəziyyət yaradıb. Avadanlıqların daxilində SIM-kart slotunun və ya IMEI identifikatorunun mövcudluğu onların gömrük rəsmiləşdirilməsi zamanı "mobil cihaz" kimi qiymətləndirilməsinə və nəticə etibarilə aksizlə bağlı öhdəliyin yaranmasına səbəb olub.
Bu baxımdan mobil cihaz anlayışının tətbiqi zamanı mobil şəbəkəyə qoşulma imkanının özü ilə yanaşı, həmin qoşulmanın funksional məqsədinin də nəzərə alınması məqsədilə müvafiq dəqiqləşdirmənin aparılması təklif olunur. Bu məqsədlə mobil (sellülar) rabitə operatorunun şəbəkəsinə SIM-kart və ya eSIM vasitəsilə qoşularaq səsli rabitə xidmətlərindən istifadəni təmin edən mobil cihazların, o cümlədən mobil telefonların, planşetlərin və ağıllı saatların əhatə dairəsinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 Noyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















