Şəhid ailələri və müharibə əlillərinə daha 600 mənzil veriləcək
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Növbəti il ərzində imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
"Belə ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində 600 mənzilin alınması üçün 40 milyon manat, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün isə 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur" - deyə nazir qeyd edib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 05 Noyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















