Bundesliqa: Ev sahibləri üçün 3 xal
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Almaniya Bundesliqasında IX tura start verilib.
Futbolpress.az xəbər verir ki, turun açılış oyununda “Hamburq” doğma meydanda “Borussiya”nı (Münhenqladbax) qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri matça tez bir zamanda üstünlüklə başlayaraq 11-ci dəqiqədə Miro Muheymin qolu ilə öndə keçiblər. Qonaqlar ilk hissənin sonuna yaxın Robin Hakın dəqiq zərbəsi ilə hesaba tarazlıq gətirsələr də, ikinci yarıda “Hamburq” üstünlüyü yenidən ələ alıb. Şafik Nanca və Albert Qrönbekin qolları matçın yekun hesabını müəyyənləşdirib.
Qeydə alınan nəticə:
Almaniya Bundesliqası
IX tur
Hamburq – Borussiya (Münhenqladbax) 3:1
Qollar: Miro Muheym, 11, Şafik Nanca, 59, Albert Qrönbek, 70 – Robin Hak, 44
Baxış sayı:76
Bu xəbər 07 Noyabr 2026 01:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















