Icma.az
close
up
RU
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər? Millət vəkili AÇIQLADI

Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər? Millət vəkili AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-də ənənəvi dördillik bakalavr təhsilinə alternativ olaraq üçillik proqramların sayı artır. Xarici medianın məlumatına görə, artıq ölkənin 26 ştatında ən azı bir universitet azaldılmış kreditlə üçillik bakalavr proqramı təklif edir.

Maraqlıdır, Azərbaycanda belə bir sistem tətbiq oluna bilərmi?

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, bu prosesə keçməyin artıq vaxtı çatıb:

"Biz çoxdan bu sistemə keçməliydik. Yəni dünyanın əksər ölkələrində bu addımlar atılır. Ümumiyyətlə, bu gün getdikcə universitetlər qısamüddətli kurslara rəqabətdə uduzur. Artıq heç kimin həvəsi yoxdur ki, gedib 4 il universitet oxusun, diplom alsın".

Onun sözlərinə görə, getdikcə magistraturaya gələnlərin sayında azalma olduğu kimi, bakalavriatda da azalma olacaq və gənclər daha çox gedib qısamüddətli kurslarda təhsil alaraq əmək bazarına çıxmağa çalışacaqlar:

"Ona görə biz bu prosesi sürətləndirməliyik. Mütləq şəkildə Azərbaycanda bakalavr təhsili 3, magistratura təhsili 1 ilə enməlidir. Bunu etməsək, qarşıdakı dövrdə bizim təhsilimizdə çox ciddi təhdidlər gözləyir və universitetlərimiz birdən ciddi çağırışlarla üz-üzə qalacaqlar. Bir də görəcəklər ki, ümumiyyətlə, qəbul planlarında ciddi problemlər var və qəbul planları dolmur. Yəni bunu biz düşünməliyik. Bunun üçün isə, təbii ki, eyni zamanda qanunvericilik təkmilləşməlidir, “Ali təhsil haqqında” qanun qəbul edilməli, həyata keçirilməlidir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Avqust 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri