Azərbaycanda bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi müzakirə olunub
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Mərkəzi Bankda (AMB) maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi müzakirə olunub.
“Report” xəbər verir ki, bu barədə AMB-nin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.
Bu müzakirələr AMB-nin sədr müavini Toğrul Əliyevin Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə keçirilən görüşdə baş tutub.
Görüşdə bankların bu sahədə həyata keçirdiyi tədbirlər, eləcə də istehlakçı hüquqlarının qorunması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Özbəkistanla jurnalistikanın keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə layihələr həyata keçiriləcək
22 Yanvar 2025 12:21
Nazir: İncəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülür
26 Fevral 2025 10:31
Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
19 Noyabr 2024 13:34

