Icma.az
close
up
RU
AXCP və Müsavatın fəaliyyətlərinə xitam verilməsinin vaxtı yetişib ANALİZ

AXCP və Müsavatın fəaliyyətlərinə xitam verilməsinin vaxtı yetişib ANALİZ

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsa Qəmbər və Əli Kərimli “KQB”-nin yetişdirdiyi agentlərdir

Azərbaycanda qarşıdurmalar yaratmaq, iğtişaşlar törətmək üçün zaman-zaman bir sıra xarici dövlətlər planlar qurub, ssenarilər təşkil ediblər. Onların bəd niyyətləri baş tutmasa da, istəklər və arzulara davam etdirilib. Xüsusilə də, məkrli arzuların ruporları rolunda sapı özümüzdən olan baltalardan, xüsusilə də Müsavat, AXCP kimi dağıdıcı fəaliyyət yolu tutan partiya liderlərindən istifadə edilib. Ramiz Mehdiyevin dəstəsinin ifşa edilməsindən sonra bu istiqamətdə daha detallı məlumatlar üzə çıxmağa başladı. Məlum oldu ki, SSRİ “KQB”-sinin şinelindən çıxan Əli Kərimli, İsa Qəmbər sonradan Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələr və əməkdaşlıq münasibətləri qurublar. Məlumatlara istinadən qeyd olunur ki, 35 il öncə DTK-ya işləyənlərin sonrakı dövrdə Rusiya kəşfiyyatı ilə əlaqələri davam edib. 2013-cü ildə yaradılan Milli Şuranın da əsas ideya müəllifi Rusiya xüsusi xidmət orqanları olub. Məqsəd bu qondarma qurum vasitəsi ilə Azərbaycanda dövlət çevrilişi həyata keçirib, yenidən ölkəni xaos və anarxiya girdabına salıb əzmək idi. Ramiz Mehdiyev işi ilə bağlı yeni faktların ortaya çıxmasından sonra bir daha aydın oldu ki, AXCP sədri tək deyil. Yəni Əli Kərimlinin yanında onun ortağı Müsavat başqanı İsa Qəmbərdir. İsa Qəmbər hələ 80-ci illərin sonunda Azərbaycanın müstəqilliyinin bərpası uğrunda meydana çıxan xalq hərakatının DTK-nın nəzarətinə keçməsində rol oynayan şəxslərdən idi. 1980-ci illərin sonlarında sovet respublikalarında azadlıq tələbi ilə meydana gələn milli hərəkatları nəzarətə götürmək istiqamətində işləyən DTK Azərbaycanda da analoji addımlar atdı. Həmin vaxt Azərbaycanda milli hərəkatda liderliyi ələ almağa yaxın təşkilatlar arasında ən fəalı “Çənlibel” olsa da, bu, təşkilata nüfuz etmək imkanları məhdud olan DTK üçün sərfəli deyildi. DTK “Çənlibel”i sıradan çıxarmaq və milli hərakatı nəzarətə götürmək məqsədilə alternativ təşkilatın yaradılması taktikasına əl atdı.

Polyaniçkonun ən sevimli fiquru İsa Qəmbər olub

İsa Qəmbərin siyasətə gəlişində “qapı” rolunu oynayan “Gənc alimlər klubu” məhz bu məqsədlə ortaya çıxdı. “Gənc alimlər klubu”nu DTK-nın sifarişi ilə həmin vaxt Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində ikinci katib olan Viktor Polyaniçko yaratmışdı. Klubda Polyaniçkonun ən sevimli fiqurunun İsa Qəmbər olması da təsadüfi deyildi. Faktlar göstərir ki, milli hərəkatı nəzarətə götürmək üçün öz adamlarını “milli fəallar” kimi meydana daxil edən DTK hadisələrin inkişafına uyğun plan hazırlayıb. İlk hədəf meydan hadisələrini yatırtmaq idi. Bu məqsədlə meydanda “fəal” olan DTK-nın casusları mitinqlərə müdaxilə üçün zəmin hazırlayırdılar. Məlumatlara görə, İsa Qəmbər 1988-ci ilin noyabr mitinqlərinin dağıdılması üçün rəsmi strukturlara bəhanə verilməsində aktiv rol oynayanlardan olub. Mitinqlərə müdaxiləyə zəmin yaradılmasında Nümayiş Komitəsi bu prosesdə xüsusi canfəşanlıq göstərib. Əsas qərargahı Müəllimləri Təkmilləşdirmə İnstitutunda yerləşdirilən komitəyə Viktor Polyaniçkonun özü də gəlirmiş. Məlumatlara görə, komitədə əsas fəaliyyət göstərənlər İsa Qəmbər, Arif Hacıyev, Pənah Hüseynov, Fəhmin Hacıyev, Tofiq Qasımov idi.

Mitinqlər dağıdıldıqdan sonra artıq meydan DTK-nın agentlərinə qalmışdı. Azərbaycan Xalq Cəbhəsinin yaradılması, eləcə də İsa Qəmbərin ölkənin aparıcı ziyalılarının aktiv təəssübkeşi kimi “önə çıxması” da bu zaman baş verdi. SSRİ-yə qarşı mübarizə aparan AXC-nin nizamnaməsinin Bakı şəhər Partiya Komitəsində hazırlanması onun arxasında DTK-nın olduğunu təsdiq edən detallardandır. Bununla yanaşı, AXC-nin 1989-cu illərdə keçirdiyi mitinqlərdə kommunistlərin də aparıcı fiqurlar kimi çıxış etməsi təsadüfi deyildi. Misal üçün, 1989-cu il iyun ayının 4-də “Spartak” stadionunda keçirilən ilk çoxminli mitinqdə AXC-ni İsa Qəmbər və rəsmi olaraq, “Kommunist” qəzetinin redaktoru, faktiki olaraq isə Əbdürrəhman Vəzirovun kadr siyasəti üzrə müşaviri funksiyasını icra edən Cəmil Əlibəyov təmsil edirdilər.1990-cı il 20 Yanvar qırğını zamanı baş verənlər isə İsa Qəmbərin DTK-nın gizli agenti olduğuna şübhə yeri qoymadı. Açıq mənbələrdə yayılan məlumatlardan aydın olur ki, Viktor Polyaniçkonun yaratdığı, İsa Qəmbərin təmsil olunduğu “Gənc alimlər klubu” 20 yanvar faciəsinin törədilməsinə zəmin hazırlayıb. Məlumatlara görə, həmin ilin yanvar ayının ilk ongünlüyündə AXC-nin ilk konfransında parçalanma yaradan, nəticədə radikal qanadın Müdafiə Şurası yaratmasına nail olan “Gənc alimlər klubu” baş verəcəkləri izləmək üçün fəaliyyətini arxa plana çəkib.

20 Yanvar hadisələrindən öncə Primakov Əbülfəz Elçibəyi və İsa Qəmbəri niyə qəbul edib?

20 Yanvar hadisələri baş verərkən, daha öncə xalqı meydanlara səsləyən İsa Qəmbərin yoxa çıxması onun DTK ilə əlaqələrində əsas məqamlardan biridir. Meydan hərəkatının üzvlərindən olan Zərdüşt Əlizadənin sözlərinə görə, İsa Qəmbəri qoruyanlardan biri Yanvar qırğınının əsas təşkilatçılarından olan Yevgeni Primakov olub. 20 Yanvar hadisələrindən öncə Primakov Əbülfəz Elçibəyi və İsa Qəmbəri qəbul edib. Z.Əlizadənin sözlərinə görə, görüşdə Primakov bildirib ki, hazırkı şəraitdə xalqı küçəyə çıxarmayın. İsa Qəmbər də deyib ki, “dinc nümayişlər xalqın konstitusion hüququdur: “Primakov sonra deyib ki, “İsa çox qiymətli kadrdır, onu qoruyun”. İsanın dediyi Primakovun planına uyğun idi”. Məlumatlara görə, 1990-cı il yanvarın 19-da – qırğından bir gün öncə AXC-nin fəallarına divan tutulması müzakirə olunarkən, Viktor Polyaniçko İsa Qəmbər haqqında “İsa Kambar naş çelovek!” deyib və daha sonra onun qorunmasını təmin edib. Əslində Viktor Polyaniçkonun yaratdığı “Gənc alimlər klubu”nda “parlayan” İsa Qəmbərin xidmətləri qarşılığından qorunması gözlənilən idi. Yanvar hadisələri baş verəndə yoxa çıxan İsa Qəmbər Vaqif Səmədoğlunun evində çay qonaqlığında imiş. Məlumatlar var ki, İsa Qəmbəri Səmədoğlunun evinə göndərən də məhz Polyaniçko olub. Bu hadisələrdən sonra İsa Qəmbər DTK-nın təlimatı ilə Şimali Azərbaycan Demokrat Partiyasının yaratdığını elan etsə də, daha sonra Müsavat Partiyasını qurdular. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının davam etdirilməsi kimi görünsə də, əslində DTK-nın bu mirası da öz nəzarətinə götürdüyü haqda məlumatlar var. Müsavat Partiyasının yaradılması ideyası Türkiyədə özlərini Məmməd Əmin Rəsulzadənin silahdaşı kimi qələmə verənlərdən gəlmişdi. Konkret desək, Ankarada fəaliyyət göstərən “Azərbaycan Kültür Dərnəyi” adlı qurumun üzvləri Əhməd Qaraca və Mehmet Kəngərli bu prosesdə fəallıq nümayiş etdirirdi. Əhməd Qaraca və Mehmet Kəngərli özlərini Məmməd Əmin Rəsulzadənin silahdaşı və məsləkdaşı kimi qələmə versələr də, onların 30 il ərzində Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) Türkiyə təmsilçiləri olmaları şübhəli idi. Məlumdur ki, SİTA-nın SSRİ Baş Kəşfiyyat İdarəsinin kurasiyasında olan və əsasən kəşfiyyat xarakterli məlumatlar toplayan Sovet məlumat bürosu olub. SİTA-nın müxtəlif ölkələrdəki əməkdaşları da birbaşa SSRİ kəşfiyyatı üçün məlumatların toplanması işini həyata keçirirdi. İsa Qəmbərə Müsavat Partiyasını qurması üçün xeyir-dua verənlər də Türkiyədə Rusiya kəşfiyyatına məlumat toplayan dairələr idi. Təkcə bu detal İsa Qəmbər də daxil olmaqla həmin şəbəkənin SSRİ DTK-sı tərəfindən yetişdirildiyini deməyə əsas verir.

Müxalifətə keçəndən sonra İsa Qəmbər Rusiya kəşfiyyatı ilə əlaqələrini davam etdirib

AXC-Müsavat cütlüyünün iqtidarı dövründə hakimiyyət pillələrində irəliləyən İsa Qəmbər müxalifətə keçəndən sonra DTX-nın xələfi olan Rusiya kəşfiyyatı ilə əlaqələrini davam etdirib. Onun 1990-cı illərin sonlarında Bakı-Ceyhan layihəsinə qarşı çıxması əslində Rusiyadan gələn direktivlərdən idi. Bakı-Ceyhana qarşı Bakı-Şimali İran marşrutunu təklif edən İsa Qəmbər 1999-cu il aprelin 21-də VHP-nin qərargahında “Azərbaycan siyasətində İran faktoru” mövzusunda keçirilmiş elmi-praktiki konfransda İranın ölkəmizdəki səfirliyinin nümayəndələrinə ünvanlanmış bəyanatla çıxış etmişdi: “Ötən il Demkonqresdə razılaşmışdıq ki, Bakı-Şimali İran variantı əlverişli yoldur. Biz hakimiyyətə gəlsək, neft ixracı kəmərinin Bakı-Şimali İran variantına üstünlük verəcəyik”.

Özünü Türkiyədə türkçü, Rusiyada avrasiyaçı, Avropada liberal-demorkat, İslam aləmində dindar kimi göstərən İsa Qəmbər hakimiyyətə gəlmək naminə müxtəlif donlara bürünürdü. Hərçənd, onun keçmişdən günümüzə qədər əsas bağlı olduğu tərəf Rusiya olub. DTK arxivlərinin açılmasına qarşı sona qədər dirəniş göstərməsi də bu əlaqələrinin ifşa edilməməsindən qaynaqlanırdı. Hələ Əbülfəz Elçibəyin prezidentliyi dövründə DTK arxivlərinin açılması tələbi böyük idi, lakin yekunda bu addım atılmadı. Elçibəy də bildirirdi ki, arxivlər açılacağı təqdirdə komandasında təmsil olunanların çoxunun DTK ilə əməkdaşlığı ifşa olunacaq. Bu qorxu ilə yaşayanlardan biri də İsa Qəmbər idi. Sülhəddin Əkbər 2021-ci ildə mediaya verdiyi müsahibələrinin birində açıqlamışdı ki, o, Milli Təhlükəsizlik Nazirliyində müavin olduğu vaxt DTK ilə əməkdaşlıq edən şəxslərin siyahısını tərtib etsə də, Elçibəy heç bir tədbir görməyib. O bildirirdi ki, həmin siyahıda yüksək vəzifədə olan bir neçə şəxsin də adı var idi. Bu açıqlamadan sonra mediada Sülhəddin Əkbərin hazırladığı “DTK siyahısı”nda İsa Qəmbərin də adının olduğu haqda məlumatlar yayıldı.

Məlumatlara görə, DTK İsa Qəmbəri xalq hərakatında yer almış müxtəlif şəxslərlə bağlı kompromatlarla da təmin edib və sonuncu bundan bir sıra şəxslərin onun ətrafına toplanması üçün istifadə edib. AXC-Müsavat cütlüyünün iqtidardan getməsindən sonra 1992-1993-cü illərdə İsa Qəmbərin xeyir-duası ilə vəzifələrə təyin olunan şəxslərin Müsavat Partiyasına axın etməsində də şantaj edilmək qorxusu var idi. Çünki onlar Müsavata qoşulmasaydı, İsa Qəmbər əlindəki bütün kompromatları işə salacaqdı. Bu adamların İsa Qəmbərin, Arif Hacıyevin, Pənah Hüseynovun göstərişi ilə bir çox “qara iş”lərin iştirakçısı və icraçısı olduğu deyilir. Bu “qara işlər”in həm də xarici qüvvələrlə əməkdaşlıq olduğu istisna edilməməlidir. İsa Qəmbərin əsas adamlarından olan Arif Hacılının vaxtilə parlament tribunasından dedikləri də bu kontekstdə yada düşür. A.Hacılı bəyan edirdi ki, “hakimiyyətə gəlmək üçün 8 ölkə ilə razılaşıblar”. Sonradan bunların hansı ölkə olduğu və nələrin razılaşdırıldığı məlum olmasa da, deyilənlər İsa Qəmbər və dəstəsinin xarici bağlantılarının olduğunun etirafı idi. 1980-ci illərin sonlarında DTK ilə əməkdaşlığa başlayan İsa Qəmbərin 2013-cü ildə Moskvadan gələn təlimatla yaradılan Milli Şuraya qoşulması onun və onun timsalında AXC-Müsavat şinelindən çıxan bir çoxlarının hələ də Rusiya ilə gizli əlaqələrindən xəbər verir. Hazırda əməllərinə görə qanun qarşısında təkcə Əli Kərimlinin çıxarılması Azərbaycana qarşı xəyanət şəbəkəsinin tamamilə ifşa edilməsi və siyasi səhnədən silinməsini təmin edə bilməz.

Ötən əsrin 80-ci illərin sonlarından başlayaraq Rusiya kəşfiyyatı ilə geniş əlaqələr quran və bu əlaqələrə uyğun müəyyən tapşırılar yerinə yetirən Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər, Arif Hacılı, AXCP sədri Əli Kərimli və digərləri bu gündə işlək əlcək rolunda çıxışlarını davam etdirirlər. Təbii ki, bu kimi hallar “Siyasi partiyalar haqında qanuna” və digər qanunvericilik aktlarına ziddir. Bu cür az qala cəsusluq edən şəxslərin siyasi fəaliyyətlərinə son verilir və rəhbərlik etdikləri partiyaların dövlət qeydiyyatları ləğv edilir. Bu baxımdan dövlət müvafiq addımlar atacaq və AXCP, Müsavat kimi dağıdıcı partiyaların fəaliyyətlərinə xitam verəcək. Bu hal ədalətin bərpası, haqqın qələbəsi olacaq.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri