Icma.az
close
up
RU
Azərbaycanda bankların faiz “tələsinə” son qoyulur

Azərbaycanda bankların faiz “tələsinə” son qoyulur

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Bank istehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivəni dəyişib.

Baş bankın yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması və eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədi ilə aparıldığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat qaydalara niyə ehtiyac olduğunu aydınlaşdırıb:

“Müşahidələr göstərir ki, son dövrlər istehlak kreditləri üzrə yubanmaların səbəblərindən biri də kartlarda müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xəttlərinin açılması və eləcə də yubanmalar üçün izah edilə bilməyən yüksək cərimə faizlərinin hesablanması ilə bağlıdır.

Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə 475 milyon manat idisə, bu göstərici ilin yarısında 527 milyon manatadək yüksəlib. Yəni bu ilin ilk yarısında problemli kreditlərin həcmi 10 faizdən çox artıb.

Həmin dövrdə ümumi kredit portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə kredit portfeli cəmi 4.4 faiz artıb. Bu həm də o deməkdir ki, problemli kreditlərin həcmi ümumi kredit portfeli ilə müqayisədə 2 dəfə bənd daha çox artıb.

Bu isə bank sektoru üçün heç də yaxşı dinamika hesab oluna bilməz. Bir tərəfdən də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artıması müşahidə olunurdu. Təbii ki, bütün bunlar fonunda kredit xəttlərinin açılması üçün yeni meyarların müəyyənləşdirilməsinə ehtiyac vardı.

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Mərkəzi Bank hesab edir ki, bununla banklar preventiv olaraq risklərin qarşısını ala bilərlər.

Bununla yanaşı, dəyişiklərə əsasən nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir.. Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır.

Yəni əgər vətəndaşın xalis gəliri min manatdırsa onun kredit xətti, yəni kart vasitəsi ilə borclanması 5 min manatdan çox ola bilməz. Təbii ki, vətəndaşın digər borc öhdəlikləri varsa o da nəzərə alınacaq. Amma əgər, borclanma nağdıdırsa və təmin olunubsa o zaman bu qaydalar istisna edilir”.

Deputat həmçinin, qeyd edib ki, digər qaydaya görə overdraft limitləri kredit xətləri anlayışına daxil edilərək istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalının 40% müəyyən edilir:

“İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcəkdir.
Aydınlıq üçün qeyd edək ki, overdraft xidməti ilə kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər.

Bütövlükdə, vəsaitə ehtiyacı olan borcalan tərəfindən istifadə edilə bilən kreditdir. Nəzərə almaq lazımdır ki, bir sıra banklar overdraft xidmətindən istifadə edərək yüksək faizlər ilə bəzi kart sahibləri üçün izafi maliyyə yükü yaradırlar.

Bu baxımdan, bu istiqamətdə təkmilləşdirmələrin davam etməsinə ehtiyac var. Bütövlükdə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və vətəndaşların izafi borclanmasını azalda bilər, amma təbii ki, bu istiqamətdə tənizmləmələrin daha da dərinləşdirilməsi prioritet olaraq qalmaqdadır”.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri