Azərbaycanda bəzi kəndlər birləşdirilə bilər VİDEO
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda kiçik kəndlər birləşdirilə bilər.
Redaktor.az xezerxeber.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır, 94 kənddə isə əhalinin sayı 5000-dən çoxdur.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər.
İqtisadçı Eldəniz Əmirov isə deyir ki, urbanizasiya prosesi nəticəsində gələcəkdə bəzi kəndlərdə əhalinin sayı daha da azala bilər. Bu baxımdan dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də kiçik, əhalisi az olan kəndlərin birləşdirilməsi gözləniləndir.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 01 Mart 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















