Azərbaycanda birdəfəlik plastik qabların istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur Faiq Mütəllimov
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda birdəfəlik plastik qabların digər növlərinin də istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur.
Sfera.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov COP29 çərçivəsində gündəliyə salınmış BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatında deyib.
O vurğulayıb ki, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur:
"Bundan öncə polietilen torbalardan, plastik paketlərdən istifadənin qadağan edilməsi ilə bağlı addım atılıb. Növbəti mərhələdə isə plastik su qabları ilə bağlı məhdudiyyətlərin də bura əlavə edilməsi nəzərdə tutulur. Sorğular göstərir ki, plastik torbalar ödənişli olduqdan sonra onlardan istifadə 70 faizə qədər azalıb. Bütün bunlar tullantıların idarə olunması istiqamətində atılan addımların miqyasının genişləndirilməsinə xidmət edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















