Icma.az
close
up
RU
Azərbaycanda Bitcoin i olanlar ziyanda: İstəyirlər ki, hamı təşvişə düşüb satsın

Azərbaycanda Bitcoin i olanlar ziyanda: İstəyirlər ki, hamı təşvişə düşüb satsın

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Kriptovalyuta bazarında qiymətlərin çökməsi davam edir.

Belə ki, son günlər bitkoin də başda olmaqla əksər kriptovalyutalar ucuzlaşmaqdadır. Xüsusilə bazarda qiymət oriyentiri rolunu oynayan bitkoinin ucuzlaşması dayanmır.

Hazırda bitkoinin qiyməti 67 760 dollara enib. Bu bitkoinin son bir ayda 25 min dollar ucuzlaşması deməkdir. Təkcə son 7 gündə qiymətlər 17 min dollar və ya 20 % azalıb, bu gün isə bitkoinin qiymətində daha 7 % azalma baş verib.

Qeyd edək ki, 2025-ci ilin iyulunda bitkoinin qiyməti rekord vurmuşdu. Həmin vaxt qiymətlər 124,8 min dollara yüksəlmişdi. Ovaxtdan bəri bitkoin fasilələrdə ucuzlaşaraq 2 dəfə dəyərdən düşüb. Daha dəqiqi qiymətlər 59 min dollar və ya 47 % azalıb.

Bitkoinlə yanaşı, digər populyar kriptovalyuta olan “Etherium” da dəyərdən düşməkdədir. Cəmi bir ay əvvəl – yanvarın 5-də 3 166 dollar olan “Etherium” bu gün ilk dəfə olaran 2 min dollardan aşağı düşüb, 1 998 dollara satılır, bu 37 % ucuzlaşma deməkdir.   

Xatırladaq ki, “Etherium” 6 ay əvvəl – 2025-ci ilin avqustunda 4831 dollara yüksəlmişdi, ovaxtdan bəri onun qiyməti 2,4 dəfə və ya düz 2 800 dollar aşağı düşüb.

Bildirək ki, son illər Azərbaycanda da kriptovalyuta bazarına maraq artıb. 

Xüsusilə də ötən ölkədə bitkoin alanların sayı kifayət qədər artmışdı. Bəs hazırda kriptovalyuta bazarında baş verənlər alıcılara necə təsir göstərəcək?

Məsələ ilə bağlı iqtisadçı Elnur Quliyev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda bitkoin bazarı ancaq həvəskar səviyyəsindədir:

“Bitkoinin qiyməti 30 min dollara düşsə də, elə bir təsiri olmayacaq. Kriptovalyutalar həmişə itirməyi gözə aldığın məbləğdə investisiyadır. Ümumiyyətlə, kriptovalyutalar alanda heç olmasa 3 il gözləməlidirlər.

Ən azından ötən il noyabr ayında alanlar gözləsəydi belə, yenə qazanclı olacaqdılar. Yəni burada bir problem görmürəm. Onsuzda dünyada yalnız kriptovalyuta deyil, qızıl, gümüş və digər aktivlər də düşür. 

Onlar düşürsə, bitkoin niyə qalxmalıdır? Tramp administrasiyası, yaxud böyük bitkoin alıcıları var ki, onlar satış etdikləri üçün digərləri də təşvişə düşüb satmağa başlayıblar. 

Digər bir məsələ odur ki, iri oyunçular bitkoin almaq istəyirlərsə, mütləq şəkildə onun qiymətini aşağı saldırmalıdırlar. Ona görə də əllərindən gələni edirlər ki, hamı təşvişə düşüb satsın və ucuz qiymətə ala bilsinlər. Bazarda da hazırda bu təşviş var. 

Bitkoinin düşməsi, təşviş satışları ilə paralel olaraq kriptovalyuta bazarının dünyada real iqtisadiyyata bir reaksiyasıdır, bu da normaldır. Çünki dünyada hər şeyin qiyməti düşürsə, bitkoin niyə qalxmalıdır? Əslində indi alış üçün ən gözəl şansdır”. 

İqtisadçı deyir ki, Azərbaycanda bu sahədə alıcılıq yalnız həvəskar səviyyədə formalaşıb:

“Alanların da bir qismi artıq uzunmüddətli alırlar. Bitkoin alanlar bilirlər ki, onun ən yaxşı gəlir müddəti 120-130 min dollara satışdır. İndi alan onu niyə satsın? 

Alanlar hamısı riskləri bilirlər və uzunmüddətli alırlar. Bitkoin yarandıqdan indiyədək tarixdə qiyməti 30 faizdən 65 faizədək qalxıb və enib. Yəni 65 faiz belə, itirib və sonradan yenə zirvələrə qalxıb. 

Məsələn, gümüşün qiyməti 78 dollardan 120 dollara qalxdı və sonra 80 dollara düşdü. Gümüş 40 faiz, bitkoin 25 faiz dəyər itirib. Burada faiz nisbətinə baxmaq lazımdır. 

Bitkoin kriptovalyutanın “anasıdır”. Ana da xəstələnəndə bütün ailə üzvləri xəstələnir. Burada da bitkoinin qiyməti düşəndə digərlərinin də qiyməti enir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Bitcoin Elnur Quliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Fevral 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri