Icma.az
close
up
RU
Azərbaycanda meyitləri niyə yandırmaq istəyirlər?

Azərbaycanda meyitləri niyə yandırmaq istəyirlər?

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dünyada bir çox ölkədə vəfat edən insanların meyiti yandırılır, yəni kremasiya edilir. Ölülərin nəşini yandırmağın səbəbləri hər bir əraziyə, dünya görüşünə və dini inanca görə dəyişir. Bura dini və mədəni amillər, ekoloji, iqtisadi, şəhərsalma və urbanizasiya kimi səbəblər daxildir.


Modern.az xəbər verir ki, son günlər Azərbaycanda da vəfat edən şəxslərin yandırılması məsələsi aktuallışıb. 


Bəs hansı ölkələrədə, hansı səbəblərə görə meyitlərin yandırılmasına üstünlük verilir?


Asiya ölkələrində meyitlərin yandırlması ənənəsi Hindistan, Nepal, Çin, Yaponiya və Tayland, Şri-Lanka, Myanma ərazilərində yayğındır. Hinduizmdə ruhun bədəndən ayrılaraq yenidən doğulmasına inanıldığı üçün kremasiya müqəddəs sayılır və ölən insanların külünün Qanq çayına səpilməsi Hindistanda geniş yayılıb. Nepalda da aparıcı din olan Hinduizmin təsiri ilə kremasiya geniş yayılıb. Katmandu vadisindəki Paşupatinath məbədində açıq havada kremasiya edilir və meyitin külü vəfat edən şəxsin yaxınları tərəfindən saxlanılır.
Çində isə ölənlərin yandırılması bir növ dövlət proqramı kimi həyata keçirilir. Belə ki, əhalinin sıxlığı və torpaq çatışmazlığı səbəbindən hökumət insanları vəfat edən qohumlarını yandırmağa təşviq edir. Yaponiyada isə Buddizm və Şintoizmin təsiri ilə cənazələrin kremasiya edilməsi adətdir. Torpağın məhdud olması da bu addımın atılması üçün mühüm faktordur.


Təkcə Asiya ölkələrində deyil, eyni zamanda bir çox Avropa ölkələrində də meyitlərin yandırılması artıq ənənə halına gəlib. Belə ki, Skandinaviya ölkələrində (İsveç, Norveç, Danimarka, Finlandiya, İslandiya) dini təsirlər zəifdir və insanlar daha yaxşı şəhər, ekoloji baxımdan təmiz mühitin lehinə olduqları üçün kremasiyaya üstünlük verirlər. Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya kimi sosial, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə torpaq qıtlığı, yüksək qəbiristanlıq xərcləri və dünyəvi baxışların güclənməsi səbəbindən ölülərin yandırılması populyarlıq qazanıb.


Şimali Amerika – ABŞ və Kanadada isə şəhərlərdə qəbiristanlıqların bahalı olması və əhalinin dünyəvi düşüncəyə meyllənməsi səbəbindən kremasiya sürətlə yayılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri