Icma.az
close
up
RU
Azərbaycanda bu qış necə keçəcək?

Azərbaycanda bu qış necə keçəcək?

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

2025-ci ildə qışın sərt keçəcəyi barədə məlumatlar verilir. Bu proqnozlar müxtəlif beynəlxalq təşkilatlar və mütəxəssislər tərəfindən açıqlanıb. Bəzi təxminlərə görə, 2024-2025 qışında La Nina hadisəsinin təsiri ilə daha soyuq hava şəraiti olacaq. Bu hadisə, əsasən, Şimali Amerikada və Avropanın bəzi hissələrində daha soyuq və qar yağışlarının çox olmasına səbəb ola bilər. La Nina okeanlardakı temperatur anomaliyaları ilə əlaqələndirilir və bu, şimal ölkələrinə daha soyuq hava və qarlı qış gətirə bilər.

Məlumat üçün deyək ki, La Nina Sakit okeanda yaranan və tropik Sakit okeanda dəniz səviyyəsinin adi vəziyyətdən daha soyuq olduğu iqlim hadisəsidir. Bu fenomen okeanların temperaturunda dəyişikliklərə səbəb olaraq, dünyanın müxtəlif bölgələrində hava şəraitini dəyişir. Məsələn, La Nina hadisəsi Şimali Amerika və Avropada daha soyuq və qarlı qışların olmasına səbəb ola bilər, bu da temperaturun daha da düşməsi və müxtəlif hava şəraitinin yaranması ilə nəticələnir.

La Nina El Nino hadisəsinin ziddidir və bu fenomen okeanlardakı soyuq su axınlarının güclənməsi ilə xarakterizə olunur. Bu dəyişikliklər hava axınlarını dəyişdirir, nəticədə bəzi bölgələrdə daha çox yağış, qar və ya daha soyuq hava müşahidə edilir.

Bundan əlavə, The Old Farmer’s Almanac-ın verdiyi məlumata görə, 2024-2025 qışında Şimali Amerikanın bəzi regionlarında temperatur aşağı düşəcək, xüsusilə yanvarın sonu və fevralın əvvəllərində daha sərt soyuq hava müşahidə olunacaq. Eyni zamanda, Şimali Amerikada və Şimali Avropada La Nina təsiri ilə qar yağışı artacaq.

Bütün bu məlumatlara əsasən, 2025-ci ilin qışı dünya miqyasında sərt hava şəraiti ilə keçə bilər.

2025-ci ildə Azərbaycanda da qışın sərt keçəcəyi barədə müxtəlif proqnozlar var. Ekoloqlar soyuq hava dalğalarının, güclü qar yağışlarının və aşağı temperaturun baş verməsinin ehtimalını qeyd edirlər. Onlar beynəlxalq iqlim proqnozlarına əsaslanaraq, sərt qış şəraitinin yaranacağını bildirirlər.

Bu proqnozların iqlim dəyişiklikləri və atmosfer şəraitinin dəyişməsi ilə əlaqəli olduğu vurğulanır. Lakin hava şəraiti yerli iqlim faktorlarından da asılı olduğundan, hər bir bölgədə vəziyyət fərqli ola bilər.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova mövzu ilə bağlı "Yeni Müsavat”a fikirlərini bildirib. O, ilk olaraq ölkədə növbəti günlərdə və dekabrda gözlənilən hava şəraiti ilə bağlı fikirlərini açıqlayıb:

"Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraitinin dəyişkən-buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Yalnız Lənkəran – Astara zonasında arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Lənkəran – Astara zonasının ayrı-ayrı yerlərində yağıntıların leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağma ehtimalı var. Lakin dekabrın 1-i gündüz saatlarından bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında günorta saatlarında 9-12 dərəcə isti, Aran rayonlarında 8-13, dağlıq ərazilərdə isə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər soyuq olacaq”.

Gülşad Məmmədova əlavə edib ki, fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın ota temperaturu çoxillik normaya yaxın və normadan 0,5-1 dərəcə yüksək, yağıntının miqdarı isə normaya yaxın və bəzi yerlədə bir qədər az olacağı proqnozlaşdırılır:

"Lakin Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.

Fəsillik proqnozlar – uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqat əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi – ECMWF, ABŞ-ın Beynəlxalq Tədqiqatlar institutu – IRI, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı – APEC Climate Center və s.) tərəfindən yayımlanır”.

Qurum təmsilçisinin dediyinə görə, dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın olacağı, yağıntıların miqdarı isə iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda bir qədər çox olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://publika.az
archiveBu xəbər 30 Noyabr 2024 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri