Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslərə Əmək veteranı adı və vəsiqəsi verilir

Azərbaycanda bu şəxslərə Əmək veteranı adı və vəsiqəsi verilir

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda vətəndaşlara "Əmək veteranı" adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiqlənmiş əsasnaməyə uyğun olaraq təqdim olunur.

Milli.Az-ın məlumatına görə, bu ad yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olmuş şəxslərə verilir.

Kişilər üçün 40 ildən artıq, qadınlar üçün isə 30 ildən artıq əmək stajı olanlar da "Əmək veteranı" adını almaq hüququna malikdirlər.

Həmçinin, SSRİ və müttəfiq respublikaların fəxri adlarını qazanmış, Ali Sovetlərin fəxri fərmanları ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" və digər orden-medallara layiq görülmüş şəxslər də bu ada sahib ola bilərlər. Böyük Vətən müharibəsi dövründə arxa cəbhədə fədakar əməyinə görə təltif edilənlər, eləcə də Azərbaycan Respublikasının fəxri adlarını almış və əmək sahəsində dövlət mükafatlarına layiq görülən şəxslər də siyahıya daxildir.

Müraciət prosesi ərizə və təsdiqedici sənədlərin təqdim olunması ilə başlayır. Şəxslər işlədikləri müəssisəyə, işləmədikdə isə sonuncu iş yerlərinə müraciət etməlidirlər. Sənədlər aidiyyəti üzrə komissiyalarda araşdırılır və verilən rəyə əsasən qərar qəbul olunur.

Əgər müraciətçinin iş yeri ləğv olunubsa və ya qeyri-dövlət müəssisəsi olubsa, "Əmək veteranı" adı və vəsiqə birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Qeyd edək ki, tələb olunan sənədlərin bir qismi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunduğu halda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Əks halda, sənədlər ya sorğu əsasında müvafiq dövlət qurumundan alınır, ya da müraciətçinin özü tərəfindən təqdim edilir. (baku.ws)
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see248

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see219

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see169

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see161

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see146

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see146

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see145

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see134

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see133

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see130

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see128

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see127

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see123

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see123

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri