Icma.az
close
up
RU
Bu şəxslərə “Əmək veteranı” adı verilə BİLƏR GÜZƏŞT və İMTİYAZLAR

Bu şəxslərə “Əmək veteranı” adı verilə BİLƏR GÜZƏŞT və İMTİYAZLAR

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda vətəndaşlara "Əmək veteranı" adı və vəsiqəsi təqdim olunur. Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiqlənmiş əsasnaməyə uyğun olaraq, bu ad yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olmuş şəxslərə verilir.
Kişilər üçün 40 ildən artıq, qadınlar üçün isə 30 ildən artıq əmək stajı olanlar da "Əmək veteranı" adını almaq hüququna malikdirlər.

Həmçinin, SSRİ və müttəfiq respublikaların fəxri adlarını qazanmış, Ali Sovetlərin fəxri fərmanları ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" və digər orden-medallara layiq görülmüş şəxslər də bu ada sahib ola bilərlər. Böyük Vətən müharibəsi dövründə arxa cəbhədə fədakar əməyinə görə təltif edilənlər, eləcə də Azərbaycan Respublikasının fəxri adlarını almış və əmək sahəsində dövlət mükafatlarına layiq görülən şəxslər də siyahıya daxildir.
Bəs “Əmək veteranı” adını alanlar hansı güzəşt və imtiyazlara malikdirlər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Səməd Vəkilov deyib ki, “Veteranlar haqqında” Qanunun 5-ci maddəsində bu öz əksini tapıb:
“Yəni həmin maddədə qeyd olunub ki, dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar”.
O, hər hansı güzəştin nəzərdə tutulmadığını qeyd edib:
“Bu ənənə sovet dövründən qalmış ənənədir. Əməyin stimullaşdırılması məqsədi daşıyırdı. Hazırda əmək bazarında, işgüzar aləmdə əmək veteranlarına xüsusi güzəştlər nəzərdə tutulmayıb. Yalnız, adətən iş yerlərində olan Həmkarlar İttifaqları belə şəxslərə diqqət  göstərirlər.
Həmkarlar İttifaqı da müstəqil təşkilatdır, yəni onun belə bir öhdəliyi yoxdur. Yalnız Azərbaycanda yaranmış işgüzar ənənəyə görə onlar əmək veteranlarına diqqət və qayğı göstərirlər. Amma xüsusi olaraq nə vergi, nə də əmək qanunvericiliyində xüsusi güzəştlər nəzərdə tutulmayıb”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri