Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif edilir
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Minatəmizləmə işi ilə məşğul olan şəxslərin sosial müdafiəsi, sağlamlığı və pensiya təminatı məsələlərinə toxunmaq istərdim. Bu, ən çətin və ən təhlükəli peşələrdən biridir. Bu insanlar hər gün ölümlə üz-üzə qalırlar. Bu baxımdan, istifadə olunan texnika müxtəlif dövrlərdə gəlir və gömrük vergilərindən azad edilib.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bu sahədə çalışan insanların da vergilərdən azad olunması və ya onlara əlavə güzəştlərin verilməsi, əməkhaqlarının artırılması yerində olardı:
“Çünki onların pensiyaları yüksək deyil, aldıqları xəsarətlərə görə sonradan ödənilən kompensasiyalar da kifayət qədər böyük məbləğdə nəzərdə tutulmur. Bu sahədə çalışan insanlara diqqətin artırılması vacibdir. Təkcə işğaldan azad olunmuş ərazilərdə deyil, Fövqəladə Hallar Nazirliyində və Azərbaycanın digər bölgələrində mina təmizləmə və sursatla bağlı gündəlik təhlükəli işlərə cəlb olunan şəxslərin pensiyaları aşağıdır, sosial müdafiələri isə lazımi səviyyədə deyil”.
Anar Kəlbiyev
Baxış sayı:98
Bu xəbər 30 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















