Icma.az
close
up
RU
Azərbaycanda bu universitetlər üçün yeni korpus TİKİLƏCƏK

Azərbaycanda bu universitetlər üçün yeni korpus TİKİLƏCƏK

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün yeni korpus binası tikiləcək. Belə ki, bina Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında yerləşəcək. Həmçinin, Xəzər Universitetinin yeni korpusunun tikintisi üçün Buzovnada 27 hektar ərazi ayırılıb.

Bəs görəsən, başqa hansı universitetlərin yeni korpusu olacaq?

Modern.az xəbər verir ki, AzEdu.az Təhsil Portalı mövzu ilə bağlı universitetlərə soğru ünvanlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, yeni korpusun tikilməsi nəzərdə tutulmayıb:

"Lakin yeni yataqxananın tikilməsi planlaşdırılır".

Azərbaycan Dövlət Pedaqoji Universitetdən (ADPU) verilən məlumata əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin hazırda 5 rayonda filialı (Quba, Şamaxı, Şəki, Ağcabədi, Cəlilabad) mövcuddur:

"Eyni zamanda Bakı şəhərində 5 fərqli tədris binasında təlim-tədris prosesi təşkil edilir. Yaxın gələcəkdə Pedaqoji Universitetin yeni filial və ya tədris korpusunun yaradılması nəzərdə tutulmur".

Bakı Avrasiya Universitetindən (BAAU) qeyd edilib ki, Bakı Avrasiya Universitetinin (BAAU) hazırda bir tədris korpusu, bir də yataqxanası mövcuddur:

"Həmçinin, tədris korpusunun tərkibində Bakı Avrasiya Kolleci (BAAK) də fəaliyyət göstərməkdədir. Hazırda BAAK üçün ayrıca tədris korpusu tikilməkdədir. BAAU üçün ayrıca korpusun tikilməsi yaxın tarix üçün planlaşdırılmayıb"

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) bildirilib ki, hazırda Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 2 tədris binasında fəaliyyət göstərir:

"Yaxın gələcəkdə müasir tələblərə cavab verən yeni tədris korpusunun inşaası istiqamətində isə davamlı müzakirələr aparılır".

Qərbi Kaspi Universitetindən verilən məlumat əsasən, son illərdə Universitetin qəbul apardığı ixtisasların sayının, qəbul planın artması, həyata keçirdiyi yeni layihələrlə əlaqədar olaraq infrastrukturunu, maddi-texniki bazasını da buna uyğunlaşdıraraq, genişləndirib:

"İki yeni tədris binası, bir neçə elmi-tədqiqat mərkəzi yaradılıb. Yeri gəlmişkən, bu tədqiqat mərkəzlərindən üçü bölgələrdədir. Ümumilikdə isə planda kampusun tikintisi var".

Azərbaycan Texniki Universitetdən bildirilib ki, gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacaqsa ictimaiyyətə açıqlanacaq. 

ADA Universitetindən məlumat verilib ki, yaxın gələcəkdə Şəki və Gəncə kampusları fəaliyyətə başlayacaq:

"Eyni zamanda, İtaliya-Azərbaycan Universitetinin kampusu da yaxın tarixdə öz tələbələrini qarşılayacaq".

Mingəçevir Dövlət Universitetindən bildirilib ki, universitetinin 7 hektarlıq ərazidə kampusu-şəhərciyi tikilməkdədir:

"Tikinti layihəsinin tərkibində tədris, inzibati, idman zalı, tələbə-müəllim yataqxanası, kitabxana, hotel və peşə mərkəzinin binaları nəzərdə tutulub. Kampus-şəhərcik 10 min tələbə üçün planlaşdırılıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2024 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri