Icma.az
close
up
RU
Azərbaycanda bu xəstəliyə tutulanların sayı artdı Həyəcan təbili…

Azərbaycanda bu xəstəliyə tutulanların sayı artdı Həyəcan təbili…

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Həkim, Kardioloq, endokrinoloq Zaur İslamovun ölkədə şəkərli diabet xəstələrinin sayının artmasının səbəbləri haqda “Yeni Sabah”a müsahibəsini təqdim edirik:

- Şəkərli diabet nədir və əsasən nədən yaranır?

-  Şəkərli diabet qanda şəkərin, yəni qlükozanın miqdarının daimi olaraq normadan yüksək olması ilə xarakterizə olunan xroniki bir metabolik xəstəlikdir. Bu xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Diabetin artmasında həm dünyada, həm də Azərbaycanda ümumi tendensiya var. Burada əsas faktorlar arasında laborator diaqnostikanın yaxşılaşması, insanların daha uzun ömür sürməsi və piylənmənin artması mühüm rol oynayır. Xüsusilə artıq çəkili insanların çoxalması 2-ci tip diabetin yayılmasına təsir edir. Marqarita pizza

-  Piylənmə və artıq çəki şəkərli diabetlə necə əlaqəlidir?

-  Piylənmə və artıq çəki birbaşa 2-ci tip şəkərli diabetin inkişafında mühüm rol oynayır. Bu isə daha çox həyat tərzimizin dəyişməsi, hərəkətsizliyin artması və ucuz, eyni zamanda kalorili qidaların bol olması ilə bağlıdır. Müasir insan daha az hərəkət edir, daha çox oturaq həyat sürür və bu da metabolik pozğunluqlara səbəb olur.

- 1-ci və 2-ci tip şəkərli diabet arasında fərq nədir?

 - Əsas fərq ondan ibarətdir ki, 1-ci tip diabet zamanı orqanizm ümumiyyətlə insulin ifraz etmir. Bu səbəbdən qlükoza qandan hüceyrələrə keçə bilmir və qanda yüksək şəkər səviyyəsi yaranır. Bu tip diabetin müalicəsində dərhal insulin istifadə olunur. 2-ci tip diabetdə isə orqanizm insulin ifraz edir, amma qəbul edilən qidanın miqdarı çox olduğuna görə və bəzən də hüceyrələr insulini "tanımadığı" üçün şəkər yüksək qalır.

  -  2-ci tip diabetin əsas səbəbləri nədir?

  -  2-ci tip diabet daha çox həyat tərzi və qidalanma ilə bağlıdır. Hipodinamiya, yəni fiziki hərəkətsizlik, həddindən artıq yemək, qeyri-sağlam qida vərdişləri, artıq çəki və insulinə qarşı müqavimət (insulinrezistentlik) bu tip diabetin əsas səbəbləridir. Bu növ diabetin qarşısını almaq həyat tərzini dəyişməklə mümkündür.

-  Hansı diabet növü daha geniş yayılıb və niyə?

-   Ən geniş yayılmış növ 2-ci tip, yəni insulindən asılı olmayan şəkərli diabetdir. Bunun əsas səbəbi müasir həyatın gətirdiyi vərdişlərdir: hərəkətsizlik, düzgün olmayan qidalanma və artan piylənmə halları. Cəmiyyətimizdə bu faktorlar getdikcə artır və bu da 2-ci tip diabetin daha geniş yayılmasına gətirib çıxarır.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyul 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri