Icma.az
close
up
RU
Azərbaycanda bu xəstəliyə tutulanların sayı artıb

Azərbaycanda bu xəstəliyə tutulanların sayı artıb

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün - 25 may Ümumdünya Qalxanabənzər Vəzi Günüdür.

Turkustan.az xəbər verir ki, 2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

Bu gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildə təsis olunub. Ölkəmizdə isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilir. Onun qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Tibbi statistikaya əsasən dünya əhalisinin bir qismi bu orqanın fəaliyyət pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir.

Dövlət Statistika Komitəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 3015 nəfər qeydə alınıb.

Məlumata görə, onlardan 813 nəfəri kişi, 2202 nəfəri qadın olub. Yaş statistikasına gəldikdə isə, 0-17 yaşda 321 nəfər, 18-29 yaşda 270 nəfər, 30 və daha yuxarı yaşda 2424 nəfər qeydə alınıb.

"2023-cü ildə həyatında ilk dəfə qalxanabənzər vəzinin xəstəlikləri diaqnozu ilə 1184 nəfər, 2022-ci ildə isə 1834 nəfər qeydə alınıb. 2023-cü ildə 370 kişi və 814 qadın, 2022-ci ildə isə 415 kişi və 1419 qeydə alınıb.

Yaş aralığına gəldikdə isə, 2023-cü ildə 0-17 yaşda 238 nəfər, 18-29 yaşda 149 nəfər, 30 və daha yuxarı yaşda 797 nəfər olub. 2022-ci ildə 0-17 yaşda 168 nəfər, 18-29 yaşda 238 nəfər, 30 və daha yuxarı yaşda 1428 nəfər olub", - məlumatda bildirilib.

Son 3 ilə nəzər salsaq, ötən il əvvəlki illərə nisbətən sayda artım müşahidə edilir. Xəstəlik ən çox qadınlarda, 30 və daha yuxarı yaşlarda olan insanlarda qeydə alınıb.

Qeyd edək ki, tək üzvlərdən olan qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı və iki yan sağ və sol payları var. Bəzən üçüncü piramidayabənzər pay pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb - qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır. Qalxanabənzər vəzin bir payının boylama ölçüsü 6 sm, eni 4 sm və qalınlığı 2 sm olur. Qadınlarda çəkisi kişilərə nisbətən çox olur, bəzən hamiləlik dövründə daha da artır. /publika.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri