Icma.az
close
up
RU
Azərbaycanda dərmanı olmayan bu nadir xəstəliyə tutulanların sayı açıqlandı

Azərbaycanda dərmanı olmayan bu nadir xəstəliyə tutulanların sayı açıqlandı

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələrinin hazırda respublikamızda qeydiyyatı və idxalı yoxdur.

Son günlər Azərbaycanda yeni xəstəliyin yaranması ilə bağlı məlumatlar yayılıb. "Fenilketonuriya” adlanan bu xəstəliyə qarşı isə dərmanı tapılmadığı iddia olunur. Qeyd edilir ki, həmin xəstəliyin müalicəsi üçün xüsusi qidalar və dərmanlar tələb olunur. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "fenilketonuriya” qanda əvəzolunmaz amin turşusu olan fenilalanin yüksəkliyi nəticəsində ortaya çıxan irsi xəstəlikdir.

Qeyd edilib ki, respublikamızda yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədilə 2022-ci ilin may ayından etibarən dövlət xəstəxanalarda doğulan bütün körpələrə "neonatal skrininq” və ya "daban (topuq)” testinin tətbiqinə başlanılıb: "Hazırda 5 irsi xəstəliyin aşkarlanması üzrə skrininq aparılır. Bura fenilketonuriya, qalaktozemiya, kistik fibroz, adrenogenetal sindromu və hipotireoz xəstəlikləri aiddir”.

Məlumatda bildirilib ki, xəstəliyin müalicəsində əsas yeri pəhriz olmaqla bərabər oral tabletlər, substrat azaldıcılar və gen terapiyası da mövcuddur: "Pəhriz fenilalanin amin turşusu olmayan, əksinə tirozin amin turşusu zəngin xüsusi qarışımlardan ibarətdir. Bundan əlavə xəstənin yaşına və kilosuna uyğun protein miqdarı hesablanaraq, qarışımdan əlavə qəbul etdiyi qidalarda günlük protein miqdarını keçməyəcək şəkildə zülal miqdarı azaldılmış xüsusi qidalar istifadə edilir. Eyni zamanda qidadan ət, balıq, süd məhsulları, heyvani zülal tərkibli qidalar çıxarılır. İntellektual və nevroloji problemlərinin qarşısını almaq üçün ömür boyu bu pəhriz davam etməlidir”.

Nazirlikdən vurğulanıb ki, bu xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələrinin hazırda respublikamızda qeydiyyatı və idxalı yoxdur, nadir xəstəlik olduğundan hazırda xüsusi siyahı ilə idxal olunması məsələsinə baxılır. O da bildirilib ki, ölkəmizdə hazırda 110-a yaxın xəstə var.

Qeyd edək ki, fenilketonuriya ilk dəfə 1934-cü ildə Norveçli alim A. Fellinq tərəfindən elmə gətirib. Rast gəlmə tezliyi ən az Finlandiyada (1:100000) - ən çox Türkiyədədir(1:4200). Neyrotoksik təsir edən yüksək fenilalanin nevroloji və dəri əlamətlərinə səbəb olur. Nevroloji əlamətlərə - epilepsiya, tremor, EEG dəyişiklikləri, spastik ətraflar, inkişaf və əqli gerilik, dəri əlamətlərinə isə ekzema, seyrək və açıq rəngli saçlar aiddir. Diaqnoz - əsasən Yenidoğulmuşların skrinninqi zamanı Guthrie kağızına damladılmış quru qan nümunəsində fenilalaninin aşkar edildikdə, həmin yenidoğulmuşdan təkrar olaraq laboratoriyada qan analizləri götürülür və plazmada fenilalaninin səviyyəsinə baxılaraq qoyulur. Molekulyar Genetik analizdə PAH geni və ya BH4 metabolizması genlərində mutasiyanın varlığı ilə diaqnoz təsdiqlənir. Yenidoğulmuşların skrinninq edildiyi ilk test və skrinninq 1960-cı ildən başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri