Icma.az
close
up
RU
“Azərbaycanda cehiz anlayışı güc yarışına çevrilib” SOSİOLOQ FOTO

“Azərbaycanda cehiz anlayışı güc yarışına çevrilib” SOSİOLOQ FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Azərbaycanda toy mərasimləri zamanı müxtəlif adət-ənənələr ön plana çıxır. Onlardan biri də cehiz gətirilməsidir. Bu məsuliyyət adətən qız evi tərəfindən qarşılanır. Lakin çox zaman cehizlə bağlı mübahisələr yaranır və bəzən bu mübahisələr nişanın pozulmasına qədər gedib çıxır. Hətta yaxın günlərdə cavan bir oğlanın bu səbəbdən həyatına son qoyması xəbəri də gündəmə gəldi. Bu təkcə gündəmə düşən hadisə deyil, ailə quran hər kəsin rastlaşdığı bir problemdir.

Bəs sizcə, Azərbaycanda cehiz adət-ənənəsi ləğv edilməlidirmi, yoxsa bu məsələyə yanaşmaq üçün başqa alternativ yollar varmı?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a açıqlamasında bildirib ki, bəşəriyyət var olduğundan bəri analar-atalar qız köçürəndə ona müəyyən əşyalar verərmiş:


“Tam mənası ilə cehiz sayılmazmış, amma simvolik məna kəsb edərmiş. Zamanla cehiz ənənəsi formalaşır, xırda ev əşyaları, əl işləri, tikmələr apararmış qızlar ər evinə. Amma dövrümüzdə cehiz simvolikadan çoxdan uzaqlaşıb, güc yarışına çevrilib. El üçün yaşayırıq, göstəriş, nümayiş üçün edirik çox şeyi. Biz, biz olmuruq, özümüz olmaqdan başqa hamı oluruq. Hamının yerinə düşünürük, hamının fikri əhəmiyyətli olur öz düşüncəmizdən başqa. Öz bildiyimiz, öz doğrumuz bizə yetərli olmur, qınaqdan, tənədən çəkindiyimiz üçün. Çoxluğun düşüncəsi ilə oturub-dururuq. Cehizsiz qız evləndirməyi ona görə özümüzə sığışdırmırıq, “filankəsin 10-15 min manatı olmadı qızına yüngülvari bir cehiz düzə” deməsinlər deyə. Cehizi başqalarının gözündə zəif olan qızlar qınanır, atası-anası məsxərəyə qoyulur, cehizsiz evlənənlərin evindən söz-söhbət əskik olmur.

Birlikdə yaşamağa, həyatı paylaşmağa və toya hazırlıq gənclərin ən şirin həyəcanıdır, bu dövrü mal-mülk, bahalı restoran, daha bahalı zinət əşyaları, daha bahalı ev əşyaları haqqında dava-dalaşla keçirən tərəflərin ömür yolu da uzun olmur. Sağlam ünsiyyət və müzakirə mədəniyyəti ən vacib xırdalıqdır bu anlarda, əgər tərəflər bu ünsiyyəti qura bilmirlərsə, müzakirə mədəniyyətləri yoxdursa və dünya malı üçün bir-birindən incik düşürsə, bu evlilik başlamadan bitsə daha məqbuldur. Biz son hadisədə bir daha gördük, cehiz insanı öldürə də bilərmiş”. 

Sosioloq əlavə olaraq qeyd edib ki, biz qızına kreditə aldığı cehizin pulunu ödəyə bilmədiyi üçün özünü metroda qatarın altına atan atanı da görmüşük, valideynləri istədiyi cehizi almadığı üçün intihar edən qızı da, toydan sonra qız tərəfinin ödəməkdən imtina etdiyi, buna görə oğlan evində davaya səbəb olan cehiz əhvalatını da:

“Ailəni bir səfər, cehizi isə o səfərə çıxanda yola götürülən əşyalar kimi düşünün. Kimi ağırlığın altında əzilir, kimi də yolda özünə lazım olan əşyaları alır. Ailə adlı səfərə çıxanda bütün bunları nəzərə alın, əziz gənclər. O səfərdən əliboş, narazı, yarımçıq qayıtmayın. Əksinə, daha uzun bir yol qət etmək, daha yaxşı yol yoldaşı olmaq, daha anlayışlı bir həyat yaşamaq üçün əvvəlcədən bəzi gərəksiz prosedurları, sizə zorla pərçimlənən tələbləri özünüzdən uzaqlaşdırın. Maddi çıxarlar üzərində qurulan ailənizin ömrü uzun olmaz”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri