Icma.az
close
up
RU
Azərbaycanda boşanmalar azalıb: Sosioloq səbəbini izah etdi

Azərbaycanda boşanmalar azalıb: Sosioloq səbəbini izah etdi

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Maraqıdır, ölkədə boşanmaların sayında azalma hansı amillərlə bağlıdır? 

Məhz nikahların sayında artım və boşanmaların sayında azalma, vəziyyətin yaxşılığa  doğru dəyişdiyini söyləməyə əsas verir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, hazırda nikahların sayında müşahidə olunan artım qohum nikahlarının qadağaya qədər yekunlaşdırmaq istəyi də ola bilər:

“Düşünmürəm ki, nikahların artımı ümumi nikahların fonunda baş verir. Bəlkə də bu məsələ araşdırılsa, ehtimallar öz təsdiqini tapar. Bildirim ki, qohumlar arasında nikahların qadağan olunması ilə bağlı qərar artıq bir aydan sonra qüvvəyə minəcək.

Düşünürəm ki, hazırda müşahidə olunan artım məhz qohum nikahlarının qadağadan əvvəl rəsmiləşdirilməsi ilə bağlı ola bilər. İnsanlar sanki bu nikahları önə çəkərək özlərinə yaxşılıq etdiklərini düşünürlər. Amma əslində böyük bir səhvə yol verdiklərinin fərqində deyillər".

Lalə Mehralı qeyd edib ki, əgər artımı göstərən bu rəqəm qohum nikahları ilə bağlı deyilsə, o zaman bu, çox gözəl haldır:

"Əgər bu artım qohum nikahlarından qaynaqlanmırsa, o zaman nikah sayındakı artım çox müsbət haldır. Biz illərdir çalışırıq ki, evlilik göstəricilərində yüksəliş müşahidə olunsun.Lakin dəqiq qiymətləndirmə aparmaq üçün mütləq araşdırma aparılmalıdır. 

Artımın səbəbi qohum nikahlarının sayının artmasıdırmı, yoxsa ümumi evlilik nisbətindəki artımdır? Bunu araşdırmaq lazımdır.Əgər artımın səbəbi birinci haldırsa, bu, narahatedici vəziyyətdir. Əgər ikinci haldırsa, bu, çox sevindirici və müsbət tendensiyadır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: boşanma səbəb Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri