Icma.az
close
up
RU
Azərbaycanda Çin malları artır: Gələcəkdə birgə müəssisələr də yaradıla bilər

Azərbaycanda Çin malları artır: Gələcəkdə birgə müəssisələr də yaradıla bilər

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Azərbaycan ilə Çin arasında iqtisadi münasibətlər inkişaf edir. Son illərdə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi müşahidə olunur. Tərəflər arasında ticarət dövriyyəsinin artması, qarşılıqlı sərmayələrin genişlənməsi və “Orta Dəhliz” üzrə əməkdaşlıq bu istiqamətdə mühüm göstəricilər sırasındadır. Bu münasibətlərin davamı kimi Azərbaycanda Çin şirkətlərinə aid olan müəssisələrin sayı artmaqdadır.  


Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, Çin ilə Azərbaycan arasında ciddi iqtisadi əlaqələr mövcuddur və bu münasibətlərdə artım müşahidə olunur.

E.Kərimli qeyd edib ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 3,7 milyard dollara yüksəlib və bu əvvəlki illərlə müqayisədə 20,7% artım deməkdir:

"Hazırda Azərbaycan ən çox mal idxal etdiyi ölkələrdən bri də Çindir. 2024-cü ildə ən çox mal Çindən alınıb. Ölkəmizə idxal olunan malların 17,8%-i Çinin payına düşür”.


Ekspert bildirib ki, Çinin Azərbaycana birbaşa investisiyalarının həcmi 1 milyard dollara yaxınlaşır:

"Çin şirkətlərinin ölkəmizə yatırdığı investisiyalarda 85-86%-lik artım qeydə alınıb. Bu, Çinin Azərbaycan iqtisadiyyatına artan marağının göstəricisidir. Azərbaycan da Çinə 14 milyon dollarlıq məhsul ixrac edir və bu rəqəmlərin gələcəkdə artacağı gözlənilir".


O vurğulayıb ki, Çin Azərbaycanın “Orta Dəhliz” layihəsindəki roluna xüsusi önəm verir.

“Gələcəkdə Azərbaycan bu layihə çərçivəsində əsas logistik mərkəzlərdən birinə çevrilə bilər. Bu isə həm yükdaşımaların həcminə, həm də ölkəmizin iqtisadi mənfəətinə ciddi təsir göstərəcək”, – deyə ekspert bildirib.

Ekspert ABŞ-nin Çinlə ticarət müharibəsi fonunda Azərbaycanın Çin üçün əhəmiyyətinin bir qədər də artdığını söylədi:

“Mövcud geosiyasi şəraitdə Çinin Azərbaycana marağının daha da artacağı gözlənilir. Orta Dəhliz və Çin–Avropa marşrutu üzrə həyata keçirilən 600 milyon dollara yaxın layihələr qarşılıqlı əməkdaşlıq üçün ciddi potensial yaradır”.


E.Kərimli gələcəkdə Azərbaycanda Çin mallarının yerli istehsalının təşkilinin mümkün olduğunu da vurğuladı:

“Birgə istehsal müəssisələrinin yaradılması imkanları da var. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat-logistika imkanları Çin üçün olduqca cəlbedicidir. Bu, Çin tərəfinin ölkəmizə daha çox sərmayə yatırmasında marağını artırır".


Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Aprel 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri