Icma.az
close
up
RU
Paşinyanın ikili oyunu: MÜHARİBƏ AÇIQLAMASI KONKRET

Paşinyanın ikili oyunu: MÜHARİBƏ AÇIQLAMASI KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanın son dövrlərdə artan silahlanma siyasəti bölgədə sülh prosesinə müəyyən dərəcədə təsir göstərmək potensialına malikdir. Bu proses ilk növbədə Cənubi Qafqazda yaranmaqda olan yeni təhlükəsizlik arxitekturasına uyğun gəlmir. Sülh gündəliyi qarşılıqlı etimad və dialoq üzərində qurulmalıdır, lakin silahlanma bu etimad mühitini zəiflədir. Ermənistan hökumətinin Fransadan, Hindistandan və digər ölkələrdən hərbi texnika alması bölgə dövlətləri arasında gərginlik riskini artırır”.

Bu fikirləri politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Azərbaycan artıq 2020-ci ildən sonra regionda sülhün əsas təminatçısı kimi çıxış edir və bu istiqamətdə ardıcıl addımlar atır. Bu kontekstdə İrəvanın hərbi ritorikaya üstünlük verməsi real sülhün əldə olunmasını çətinləşdirir. Əgər məqsəd sabitlik və əməkdaşlıqdırsa, hərbi yarış deyil, diplomatik kanallar ön planda olmalıdır. Cənubi Qafqaz kiçik regiondur və burada silahlanma strateji balansı dəyişə bilər.

Eyni zamanda, Ermənistandakı bəzi siyasi dairələr silahlanmanı daxili auditoriyaya mesaj kimi təqdim etməyə çalışır. Bu isə beynəlxalq müstəvidə Ermənistanın sülh tərəfdarı obrazına zərbə vurur. Region ölkələri üçün vacib olan məsələ qarşılıqlı etimadın bərpası və iqtisadi inteqrasiyanın dərinləşməsidir. Silahlanma isə bu prosesi gecikdirir və tərəflər arasında risk faktorlarını artırır”.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar açıqdır.

“Buna görə də İrəvanın gərginliyi hərbiləşdirmək əvəzinə, danışıqlara siyasi iradə ilə yanaşması daha məqsədəuyğundur. Beynəlxalq tərəfdaşlar bu istiqamətdə balanslaşdırılmış vasitəçilik mövqeyi tutmalıdır. Cənubi Qafqazda sülh yalnız qarşılıqlı etimad, iqtisadi əməkdaşlıq və təhlükəsizlik dialoqu üzərində bərqərar ola bilər. Ermənistanın silahlanma siyasəti isə bu məqsədə nail olmaq üçün düzgün yol deyil, əksinə, prosesi ləngidən amildir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri