Azərbaycanda daha bir şirkət ləğv olunur “Azərsun Holdinq”ə birləşdirilir
Icma.az, Marja.az portalına istinadən məlumat verir.
“Azərsun Holdinq” MMC-yə daha bir şirkət qoşulur. “Media Balans” MMC təsisçisinin qərarı ilə holdinqə birləşdirilərək ləğv olunur.
Marja.az xəbər verir ki, bununla bağlı hər iki şirkət tərəfindən rəsmi elan dərc edilib.

8 oktyabr 2026-cı il tarixində yayımlanan elana əsasən, “Media Balans” MMC (VÖEN: 1603256931) təsisçisinin qərarı ilə “Azərsun Holdinq” MMC-yə (VÖEN: 9900020991) qoşularaq ləğv olunduğunu elan edib.
Eyni zamanda, “Azərsun Holdinq” MMC də “Media Balans” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu açıqlayıb.
Beləliklə, “Media Balans” MMC-nin ayrıca hüquqi şəxs kimi fəaliyyətinə xitam verilməsi, hüquq və öhdəliklərinin isə hüquqi varislik qaydasında “Azərsun Holdinq” MMC-yə keçməsi nəzərdə tutulur.
Şirkətlərin elanlarına əsasən, kreditorlar öz tələblərini AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, giriş 134 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, yayımlanan elanlar şirkətlərin qoşulma yolu ilə yenidən təşkili barədə qərarını əks etdirir. Ləğvetmə və yenidən təşkil proseslərinin dövlət qeydiyyatında tamamlanması barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 09 Oktyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















