Icma.az
close
up
RU
Azərbaycanda Deflimpiya Oyunları keçirilə bilər

Azərbaycanda Deflimpiya Oyunları keçirilə bilər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 aprel, AZƏRTAC

Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Karlar İdman Komitəsinin (IKF) və Avropa Karlar İdman Təşkilatının (ECIS) nümayəndə heyəti ilə görüş keçirilib.

MOK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyətini gücləndirmək, karlar idmanını daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub.

Tədbirdə Beynəlxalq Karlar İdman Komitəsinin və Avropa Karlar İdman Təşkilatının təcrübə və resurslarının Azərbaycanın Deflimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

MOK-un baş katibi Azər Əliyev əvvəlcə komitənin fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb. Əlillər idmanına xüsusi diqqət yetirildiyini qeyd edərək, Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxış etdiyini vurğulayıb. Baş katib “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın 19 medal qazandığını və bu nəticə ilə 10-cu yeri tutduğunu bildirib.

Azər Əliyev Deflimpiya Hərəkatının çətinliklərini vurğulayaraq, burada yalnız fiziki hazırlıq deyil, həm də zehni hazırlığın önəmli olduğunu qeyd edib. Azərbaycanın Deflimpiya Oyunlarında indiyədək iştirak etmədiyini vurğulayan baş katib bu il Tokioda keçiriləcək yarışda ölkəmizin uğurla təmsil olunacağına inandığını söyləyib.

O, 2023-cü ildə yaradılan Azərbaycan Deflimpiya Komitəsinin, yeni təşkilat olmasına baxmayaraq, çox fəal fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanın I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və digər multiidman yarışlarına ev sahibliyi etdiyini, həmçinin, Deflimpiya Oyunlarının Azərbaycanda keçirilməsi təklifinin çox maraqlı olduğunu vurğulayıb. A.Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin bu sahəyə dəstək verməyə hazır olduğunu bildirərək, bu işin Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə daha da irəliləyəcəyini diqqətə çatdırıb.

Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa Azərbaycanın karlar idmanına göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirib. O, bu cür əməkdaşlıqla Azərbaycan Deflimpiya idmançılarının beynəlxalq arenada daha çox uğur əldə etməsi üçün mühüm imkanların yaradılacağına əmin olduğunu bildirib. Adam Kosa Azərbaycanın Deflimpiya hərəkatını dəstəkləmək və Avropa çempionatı, eləcə də regional yarışların ölkəmizdə keçirilməsini təşviq etmək üçün dəstək olacağına ümid etdiyini vurğulayıb.

Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis Azərbaycanla əməkdaşlıq etməyin çox müsbət olduğunu, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu qeyd edib. O, Azərbaycanın Deflimpiya Oyunlarında qonaq qismində iştirak edəcəyinə ümid etdiyini deyib. Bu il Tokioda keçiriləcək Deflimpiya Oyunlarında 21 idman növü üzrə 4 minə yaxın idmançının iştirak edəcəyini deyən İosif Stavrakakis həmçinin, 104 ölkənin qeydiyyatdan keçdiyini diqqətə çatdırıb.

Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov görüşdə qurumun gələcək planları barədə ətraflı məlumat verib. O, Deflimpiya yarışlarının Azərbaycanda keçirilməsinin vacib bir addım olduğunu qeyd edərək, bu sahənin inkişafı üçün daha geniş imkanların yaradılacağına əminliyini bildirib.

Görüşün sonunda, tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcəkdə daha sıx əlaqələrin qurulması ilə bağlı razılaşmalar əldə ediblər. Bu cür görüşlərin Azərbaycanın beynəlxalq idman sahəsində mövqeyini gücləndirməklə, ölkəmizin Deflimpiya Hərəkatına dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sonda Azər Əliyev Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosaya MOK-un xüsusi hədiyyəsini verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri