Azərbaycanda dəhşətli qəza: Ata və oğlu öldü FOTO
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, motosiklet və minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində ata və oğul ölüb. Hadisə bu gün saat 17 radələrində İmişli rayonuna giriş yolunda qeydə alınıb.
Motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (Report)



Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: Ata və oğlu öldü
17 Noyabr 2024 00:14
Motosiklet avtomobillə toqquşdu: ata və oğlu öldü Azərbaycanda dəhşətli qəza
15 Noyabr 2024 19:42
İmişlidə DƏHŞƏTLİ QƏZA: ata və oğlu öldü
15 Noyabr 2024 22:30
İmişlidə DƏHŞƏTLİ QƏZA: Ata və oğlu öldü
15 Noyabr 2024 19:33

