Icma.az
close
up
RU
Azərbaycanda distant təhsillə bağlı qarışıq vəziyyət Yeni standart, yoxsa yarımçıq islahat?

Azərbaycanda distant təhsillə bağlı qarışıq vəziyyət Yeni standart, yoxsa yarımçıq islahat?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Distant təhsil xidmətlərinin təşkili ilə bağlı yeni dövlət standartının qəbul edilməsi distant təhsillə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Ekspertlər hesab edirlər ki, təkcə standart qəbul etməklə distant təhsili reallaşdırmaq mümkün olmayacaq.

Distant təhsil müəllim və tələbələrin şəxsən görüşmədiyi təhsil prosesidir. Bu təhsilin mahiyyəti ondan ibarətdir ki, materialın öyrənilməsinin bütün mərhələləri - mühazirə və təcrübədən imtahanlara, həmçinin digər testlərə qədər onlayn şəkildə baş verir. Müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqə videozənglər, söhbətlər və onlayn simulyatorlar kimi internet texnologiyaları üzərindən həyata keçirilir.

2020-ci ildə distant təhsilə tələbat kəskin şəkildə artdı, hətta əvvəllər yalnız oflayn rejimdə dərs deyən müəllimlər də pandemiya zamanı bu formata keçdilər. Eyni zamanda, onların yarısı gələcəkdə onlayn texnologiyalardan istifadəni davam etdirməyi planlaşdırırdı. Bu gün də tələbələrin yarıdan çoxu distant təhsilə üstünlük verir. Eyni zamanda, müəllimlərin və tələbələrin müəyyən faizi distant əldə edilən biliklərin keyfiyyətinin daha yüksək olduğuna inanır. İşəgötürənlər də onlayn öyrənməyə müsbət yanaşırlar. Üstəlik, dünyada şirkətlərin 80%-i iş prosesində distant formatdan istifadə edir.

Azərbaycanda 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunda təhsilalma formalarından biri kimi distant təhsil nəzərdə tutulsa da, bu istiqamətdə konkret addım atılmayıb.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Standart ilkin hüquqi baza ola bilər

Bugünlərdə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə bağlı yeni dövlət standartı qəbul etməsi bu sahədə ümid qığılcımı közərdib. Bu standart distant təhsil xidmətlərinin göstərilməsi, layihələndirilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir. Eyni zamanda, bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir. Təşkilatın məlumatında bildirilir ki, yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq, keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır. Bununla belə, ekspertlər hələ ki, hazırda təsdiqlənən qaydaları distant təhsilin ölkəmizdə tam tanınması kimi qəbul etmirlər. Hesab edirlər ki, bu, sadəcə gələcəkdə bu təhsilin Azərbaycanda tanınmasına imkan verəcək ilkin hüquqi baza rolunu oynaya bilər.

Təşkilatın yeni standartı həmçinin "bizdə distant təhsilə hazırlıq hansı səviyyədədir?", "bu formata keçid gələcəkdə diplomların tanınması və işəgötürmədə problemlər yarada bilərmi?" və s. tipli sualları da meydana çıxarır.

Vətəndaşların da bu məsələ ilə bağlı narahatlığı var

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu standartın hazırlanmasını vacib hesab edir:

"Bu məsələ uzun illərdir cəmiyyətdə geniş müzakirə olunurdu. Bütün hallarda bu standartın qəbul edilməsi təhsilimizə öz töhfəsini verəcək və inkişafı üçün daha da imkanlar yaradacaq".

C.Məmmədovun fikrincə, ancaq təkcə standartın qəbulu yetərli deyil. Standartlarla yanaşı, qanunun da qəbuluna ehtiyac var, eyni zamanda Nazirlər Kabineti bu istiqamətdə addımlar atmalıdır:

"Milli Məclisdə bir müddət əvvəl hazırlanan "Ali təhsil haqqında" Qanunda bu məsələ ilə bağlı müəyyən müddəalar yer tapmışdı. Nəzərdə tutulmuşdu ki, "Distant təhsil haqqında" qanunda bu cür məsələlər yer alsın. Hesab edirəm ki, ən qısa vaxtda bu haqda qanunun qəbuluna ehtiyac var və bu istiqamətdə müəyyən addımlar atmalıyıq".

Millət vəkili qeyd edir ki, bu gün Azərbaycan təhsilində tez-tez rastlaşdığımız problemlərdən biri də distant təhsillə bağlı diplomların tanınmamasıdır:

"Vətəndaşlar tez-tez bu məsələ ilə bağlı bizə müraciət edir, narahatlıqlarını bildirirlər. Diplomların tanınmaması və qəbil edilməməsi çıxış yolu deyil. Biz bu istiqamətdə mütləq ciddi düşünməli, qərar qəbul edib real prosesə başlamalıyıq. Əks halda, bu istiqamətdə müzakirələrin və narahatlıqların davam etməsinin şahidi olacağıq".

Ciddi akkreditasiya mexanizmləri olmalıdır

ADA Universitetinin baş müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Orxan Kərimzadənin sözlərinə görə, dünyada distant təhsilə keçid prosesi son illərdə, xüsusilə pandemiya dövründən sonra sürətlənib. ABŞ, Böyük Britaniya, Avstraliya kimi inkişaf etmiş ölkələrdə universitetlərin əksəriyyəti distant və hibrid təhsil formatlarını uğurla tətbiq edir:

"Bu ölkələrdə distant təhsilin keyfiyyəti və tanınması üçün ciddi akkreditasiya mexanizmləri mövcuddur. UNESCO və digər beynəlxalq qurumlar da distant təhsilin keyfiyyətinə dair standartlar hazırlayır və tətbiqini təşviq edir". O.Kərimzadə bildirir ki, Azərbaycanda distant təhsilə keçid üçün ilkin addımlar atılsa da, hələ də hüquqi, texniki və metodoloji çərçivədə boşluqlar var: "Yeni qəbul olunan AZSTAND standartı müsbət təşəbbüsdür, lakin bu sahənin tam hüquqi bazasını formalaşdırmaq üçün ilk növbədə "Ali təhsil haqqında" yeni qanun qəbul olunmalıdır. Daha sonra Nazirlər Kabineti distant təhsilin təşkili, qiymətləndirilməsi, müəllim hazırlığı, texniki infrastruktur və akkreditasiya qaydalarını müəyyən etməlidir. Eyni zamanda, təhsil müəssisələri öz proqramlarını distant formaya uyğunlaşdırmalı və müəllim heyəti bu formatda tədris aparmaq üçün təlimlərdən keçməlidir".

O hesab edir ki, gələcəkdə diplomların tanınması məsələsində problemin yaranmaması üçün distant təhsilin keyfiyyəti və şəffaflığı təmin olunmalıdır:

"Beynəlxalq praktikada diplomun distant və ya əyani alınmasından çox, proqramın akkreditasiyası və ali təhsil müəssisəsinin nüfuzu əsas götürülür. Əgər Azərbaycan distant təhsil proqramlarını beynəlxalq standartlara uyğun qurarsa, bu cür problemlər minimal olacaq".

O.Kərimzadə ümumiyyətlə, bu təhsil formatını əhəmiyyətli hesab edir: "Distant təhsilin əhəmiyyəti böyükdür. Bu format regionlarda yaşayan, işləyən və ya əlilliyi olan şəxslərin təhsilə çıxışını artırır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 May 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri