Icma.az
close
up
RU
Azərbaycanda dollar bahalaşır? Məzənnə dəyişə bilər...

Azərbaycanda dollar bahalaşır? Məzənnə dəyişə bilər...

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin yeni prezidenti Donald Tramp Ukrayna məsələsində Rusiyanı sülhə məcbur etmək üçün neft kartından istifadə etməkdə israrlı görünür. 

Dünən Davos Forumunda videobağlantı formasında çıxış edən Tramp bu fikrində qəti olduğunu bir daha bəyan etdi. Tramp qeyd edib ki, Rusiyanı Ukraynada dayandırmağın yeganə təsirli yolu neftu ucuzlaşdırmaqdır: “Nefti ucuzlaşdırmaqla bu müharibəyə son qoymaq olar. İndiyədək bunun edilməməsi məsuliyyətsizlikdir. Biz qiyməti düşürəcəyik və Rusiya dərhal Ukrayna ilə müharibəni dayandıracaq".

Sfera.az xatırladır ki, ABŞ Rusiyaya qarşı iki dəfə bu metoddan istifadə edib. ABŞ birinci dəfə 1980-ci ildə, ikinci dəfə isə 2014-cü ildə nefti ucuzlaşdırmaqla Rusiyanı dayandıra bilib. 

1979-cu ildə SSRİ ordusu Əfqanıstana daxil olandan sonra ABŞ Səudiyyə Ərəbistanı ilə razılaşma əldə edərək “Brent” neftinin qiymətini endirməyə nail oldu. “Brent” neftinin qiyməti 1980-ci ildə 37 dollara yüksəldikdən sonra 1982-ci ildə 33 dollara, 1985-ci ildə 27 dollara, 1986-cı ildə isə 14 dollara gerilədi. Daha sonra uzun müddət neft qiymətləri 15-20 dollar arasında dəyişdi. Yalnız 2000-ci ildən başlayaraq neft qiymətlərində ciddi artımlar baş verdi. 

İkinci dəfə 2014-cü ildə Rusiya Krımı və Ukraynanın Şərq hissəsində yerləşən əraziləri işğal etməyə başlayanda neft ucuzlaşdırıldı. 2014-cü ildə “Brent” neftinin qiyməti 110 dollar idi və ABŞ yenidən Səudiyyə Ərəbistanı ilə danışaraq neft qiymətlərini endirməyə nail oldu. Lakin bu dəfə “qara qızıl”ın dəyəri daha sürətlə endirildi. Çünki Rusiya Ukrayna ərazisində sürətlə irəliləyirdi. Bazara böyük həcmdə neftin çıxarılmasından sonra “Brent”in dəyəri 2014-cü ilin sonunda 55 dollara, 2015-ci ilin sonunda isə 34 dollara düşdü. Rusiya neft qiymətlərinin 1980 və 1990-cı illərdə olduğu kimi uzun müddət aşağı səviyyədə qalacağından qorxan Minskdə razılaşmanı qəbul etdi. Minsk razılaşmasından sonra neftin dəyəri tədricən yüksəldi və 2022-ci ildə 114 dollara çatdı. 

2022-ci ilin fevralında Rusiyanın növbəti dəfə Ukraynada hərbi əməliyyatlara başlaması nefti ucuzlaşdırsa da, qiymətlər 30-40 dollar həddinə qədər geriləmədi. Qiymətlər əsasən 80 dollar ətrafında dəyişdi. Bu qiymət səviyyəsi Rusiya üçün əlverişli olduğudan müharibə ilə bağlı artan xərcləri (65 milyard dollardan 140 milyard dollara) maliyyələşdirmək çətin olmadı. Neft qiymətlərindəki dəyişikliyin Rusiyanın davranışına təsirini görən Tramp üçüncü dəfə də eyni metoddan istifadə etməyə çalışacaq. 

Əgər Trampın bu ideyasına administrasiya və ABŞ-nin digər mühüm dövlət qurumları tərəfindən ciddi maneə yaradılmasa, böyük ehtimalla yaxın aylarda neft qiymətlərində enmə əlamətlərini görəcəyik.  Trampın bu açıqlamalarından sonra neft qiymətləri bir qədər enib. Lakin qiymətlərdə ciddi fərq görünmür. Qiymətlərdə ciddi dəyişiklik üçün Səudiyyə Ərəbistanı ilə razılaşma əldə edilməli və bazarlara daha böyük həcmdə neft çıxarılmalıdır. Bu, müəyyən qədər vaxt aparan məsələdir. Bu məsələdə razılıq əldə edilərsə, yəqin ki, neft qiymətlərindəki ciddi azalmanı 2025-ci ildə müşahidə edə biləcəyik.

Qeyd edək ki, neftin ucuzlaşmasından sadəcə Rusiya təsirlənməyəcək. Neft ixrac edən ölkələrin də gəlirində ciddi azalma baş verəcək. Bu baxımdan Azərbaycan da zərər çəkən ölkələr sırasında olacaq.  Amma Azərbaycanın neftin ucuzlaşmasından zərəri 2014-cü ildə olduğu kimi güclü olmaya bilər. Çünki neft və neft məhsullarının ixracda payı on il əvvəlki dövrlə müqayisədə çox yüksək deyil. Belə ki, 2014-cü ildə ixracın 91 faizi neft və neft məhsullarından ibarət idi. Hazırda isə nisbət 55-56 faizdir. Azərbaycanın ixracının qalan hissəsi təbii qaz və qeyri neft-qaz məhsullarından ibarətdir. 

Düzdür, adətən neftin qiyməti təbii qaz qiymətlərinə də təsir edir. Yəni, neft ucuzlaşanda təbii qaz da ucuzlaşır. Lakin bu asılılıq kəskin deyil və bəzən neftin qiyməti dəyişdikdə qazın qiymətində ciddi dəyişiklik müşahidə edilmir. Buna görə də əgər neft qiymətləri 40-50 dollar həddinə enərsə, Azərbaycanın ixracındakı azalma 2014-cü ildə olduğu qədər yüksək olmayacaq. 

Bununla belə etiraf etmək lazımdır ki, neft qiymətlərinin uzun müddət (bir il və daha çox) aşağı səviyyədə qalması cari əməliyyatlar balansında kəsir yarada və  Azərbaycanın makroiqtisadi sabitliyini poza bilər.

Bu vəziyyət uzun müddət qalarsa, Azərbaycan iki yoldan birini seçməli olacaq - ya xaricdən borc cəlb ediləcək, ya da dollarla olan məzənnədə dəyişdiriləcək.

Xaricdən borc cəlb edilməsi Azərbaycana vaxt qazanmağa imkan verəcək. Bir neçə milyard dollar cəlb etməklə ən azından 1-2 il vaxt qazanmaq olar. Amma qeyd etdiyimiz kimi neft qiymətləri bir neçə il aşağı səviyyədə qalarsa, o halda məzənnə dəyişikliyindən başqa yol qalmır. 

Neft qiymətlərinin aşağı səviyyədə nə qədər qalması isə Rusiyanın müqavimətindən asılı olacaq.

Rusiya tezliklə sülhə razı olarsa, neft qiymətləri yenidən yüksəlişə keçəcək və məzənnə dəyişikliyinə ehtiyac yaranmayacaq. 1980-ci illərdə olduğu kimi Rusiya uzun müddət müqavimət göstərərsə, onda məzənnə dəyişikliyi zərurəti yaranacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see314

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see309

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see221

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see195

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see189

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see177

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri