Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Azərbaycanda dollara tələbat artıb, manatı nə gözləyir? AÇIQLAMA

Azərbaycanda dollara tələbat artıb, manatı nə gözləyir? AÇIQLAMA

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

"Son aylarda Azərbaycanda keçirilən valyuta hərraclarında dollara tələbin artması müşahidə edilir. Dollar hərraclarındakı artımlar bəzi banklarda ajiotaja səbəb olub və onlar dollar satışına müəyyən məhdudiyyətlər tətbiq etməyə çalışır. Yayılan məlumatlarda iddia edilir ki, hətta bir neçə bank valyuta qıtlığı ilə üzləşməkdən ehtiyat edərək satışı məhdudlaşdırıb. Ajiotaja heç bir əsas yoxdur, bankların valyuta satışı üçün kifayət qədər dollar kütləsi mövcuddur". 

Manset.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. 

Deputatın sözlərinə görə, xarici valyutaya tələbin artmasının səbəbi bir neçə faktorla bağlıdır. "Başlıca səbəb qeyri-neft və qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə geniş miqyas alan tikinti və bərpa işləri, eləcə də çoxsaylı infrastruktur və iqtisadi-sosial layihələrin icrası böyük həcmlərdə sərmayələr hesabına həyata keçirilir. Bu layihələrin icrasında xaricdən alınan mal və avadanlıqlar dollara tələbi artırır". 

A. Hüseynov qeyd edib ki, Azərbaycanda dollara olan tələbi ödəmək üçün kifayət qədər valyuta resursları mövcuddur: "Dollar tələbatını qarşılayan Mərkəzi Bank və Dövlət Neft Fondunun (DNF) ehtiyat bazası tələbi 100% qarşılayır və hətta aylıq izafi dollar qalığı da yaranır. Dollar hərraclarında daha aktiv satıcı qismində iştirak edən Neft Fondu hər ay bazar iştirakçılarının tələbatını ödəmək üçün valyuta hərraclarına 600-700 milyon dollar çıxarmaq likvidliyinə malikdir. Tələb hətta ayda 800-900 milyon dollara yüksəlsə belə, Neft Fondu bütün ehtiyacları qarşılamağa hazırdır. Bundan başqa, dollara olan tələbi qarşılamaq üçün Mərkəzi Bankın da dollar ehtiyatları mövcuddur. Ancaq DNF-nin valyuta satışları kifayət etdiyindən, Mərkəzi Bankın valyuta rezervlərindən istifadəyə ehtiyac qalmır".

A. Hüseynov bildirib ki, Azərbaycanda manatın məzənnəsini iqtisadi faktorlar müəyyən edir: "Tədiyə balansının cari vəziyyəti pisləşdiyi halda manat üçün ciddi risklər meydana çıxa bilər. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 5 milyard dollardan çox müsbət saldo qeydə alınıb. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 5 milyard dollar çoxdur. Bu amil də ölkədə dollar ehtiyatının olmasından xəbər verir. Həmçinin Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilsə də, MB-nin də böyük valyuta bazası vardır".

Xatırlatma: Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 6 milyard 603,9 milyon ABŞ dolları məbləğində satış olub. Rəsmi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Təkcə bu ay isə valyuta satışının məbləği 487,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 14,1 % çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 30 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri