Icma.az
close
up
RU
Azərbaycanda dollara tələbat artıb, manatı nə gözləyir? AÇIQLAMA

Azərbaycanda dollara tələbat artıb, manatı nə gözləyir? AÇIQLAMA

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

"Son aylarda Azərbaycanda keçirilən valyuta hərraclarında dollara tələbin artması müşahidə edilir. Dollar hərraclarındakı artımlar bəzi banklarda ajiotaja səbəb olub və onlar dollar satışına müəyyən məhdudiyyətlər tətbiq etməyə çalışır. Yayılan məlumatlarda iddia edilir ki, hətta bir neçə bank valyuta qıtlığı ilə üzləşməkdən ehtiyat edərək satışı məhdudlaşdırıb. Ajiotaja heç bir əsas yoxdur, bankların valyuta satışı üçün kifayət qədər dollar kütləsi mövcuddur". 

News24.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. 

Deputatın sözlərinə görə, xarici valyutaya tələbin artmasının səbəbi bir neçə faktorla bağlıdır. "Başlıca səbəb qeyri-neft və qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə geniş miqyas alan tikinti və bərpa işləri, eləcə də çoxsaylı infrastruktur və iqtisadi-sosial layihələrin icrası böyük həcmlərdə sərmayələr hesabına həyata keçirilir. Bu layihələrin icrasında xaricdən alınan mal və avadanlıqlar dollara tələbi artırır". 

A.Hüseynov qeyd edib ki, Azərbaycanda dollara olan tələbi ödəmək üçün kifayət qədər valyuta resursları mövcuddur: "Dollar tələbatını qarşılayan Mərkəzi Bank və Dövlət Neft Fondunun (DNF) ehtiyat bazası tələbi 100% qarşılayır və hətta aylıq izafi dollar qalığı da yaranır. Dollar hərraclarında daha aktiv satıcı qismində iştirak edən Neft Fondu hər ay bazar iştirakçılarının tələbatını ödəmək üçün valyuta hərraclarına 600-700 milyon dollar çıxarmaq likvidliyinə malikdir. Tələb hətta ayda 800-900 milyon dollara yüksəlsə belə, Neft Fondu bütün ehtiyacları qarşılamağa hazırdır. Bundan başqa, dollara olan tələbi qarşılamaq üçün Mərkəzi Bankın da dollar ehtiyatları mövcuddur. Ancaq DNF-nin valyuta satışları kifayət etdiyindən, Mərkəzi Bankın valyuta rezervlərindən istifadəyə ehtiyac qalmır".

A.Hüseynov bildirib ki, Azərbaycanda manatın məzənnəsini iqtisadi faktorlar müəyyən edir: "Tədiyə balansının cari vəziyyəti pisləşdiyi halda manat üçün ciddi risklər meydana çıxa bilər. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 5 milyard dollardan çox müsbət saldo qeydə alınıb. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 5 milyard dollar çoxdur. Bu amil də ölkədə dollar ehtiyatının olmasından xəbər verir. Həmçinin Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilsə də, MB-nin də böyük valyuta bazası vardır".

Xatırlatma: Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 6 milyard 603,9 milyon ABŞ dolları məbləğində satış olub. Rəsmi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Təkcə bu ay isə valyuta satışının məbləği 487,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 14,1 % çoxdur.

\\Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Noyabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri