Icma.az
close
up
RU
Azərbaycanda dolların məzənnəsi ilə bağlı mühüm açıqlama

Azərbaycanda dolların məzənnəsi ilə bağlı mühüm açıqlama

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Yaxın Şərq və İran ətrafında baş verən proseslər bir sıra bahalaşmalara səbəb olub. Bu isə insanlar arasında yaxın vaxtlarda dolların da bahalaşacağı fikrini artırır.

Sadə insanlar belə düşünsə də mütəxəssislər bunu istisna edir.

Azərbaycanda Mərkəzi Bankın bu prosesi tənzimlədiyini deyən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc ABC.AZ-a şərhində bildirib ki, Azərbaycanda dolların məzənnəsində hər hansı bir dəyişiklik gözlənilmir.

Buna baxmayaraq, iqtisadçı müəyyən xoşagəlməz halların yarandığını da vurğulayır:

“Bütün iqtisadi proseslər onu göstərir ki, dollara olan tələbat artır və baza etibarı ilə məhdudlaşmalar meydana gəlir. Müharibə şəraiti, ümumiyyətlə bölgədə gərginlik son nəticədə dollara qarşı diqqəti və tələbatı artırır. İstər bizdə, istərsə qonşu dövlətlərdə. Bu baxımdan bu prosesin Azərbaycana təsiri mümkündür. Amma, nəzərə alsaq ki, hal-hazırda Azərbaycanda bazar pul-kredit siyasəti, monetar siyasət dövlət tərəfindən tənzimlənir və burada bazarda olan proseslər bu və ya digər formada məzənnə siyasətinə təsir göstərmir. Əgər Azərbaycanda manat və dollar arasında məzənnə sərbəst bazar vasitəsilə müəyyənləşsəydi, təbii ki, burada dolların qiymətinin artımı labüd idi. Lakin, bildiyiniz kimi məzənnə məbləği göstəricisi neçə müddətdir ki, sabit saxlanılır və bu dövlət tərəfindən pul-kredit siyasətinin idarə olunması kimi özünü göstərir. Və bunun qarşılığında isə onu deyə bilərəm ki, getdikcə müharibənin gedişatında yerli valyutalar inflyasiya səbəbindən öz dəyərini itirir.  Hal-hazırki situasiya dolların bazarda möhkəmlənməsinə gətirib çıxardır və bu təbii ki, dollara olan ehtiyacın səviyyəsini artırır”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Mart 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri