Icma.az
close
up
RU
Azərbaycanda dövlət gənclər siyasəti FOTOLAR

Azərbaycanda dövlət gənclər siyasəti FOTOLAR

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda Milli Məclisin deputatı Nigar Məmmədova ilə gənclərin görüşü keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan görüşdə ilk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İştirakçıları salamlayaraq görüşü açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Məmmədova haqqında tədbir iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan gənclərinin birinci forumu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və şəxsi iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilmişdir. Bu forum Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasında mühüm mərhələ hesab olunur. Ulu Öndər forumdakı nitqində gənclərin qarşısında müstəqil dövlət quruculuğu ilə bağlı mühüm tarixi vəzifələr müəyyənləşdirmişdir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahədə uğurlu fəaliyyətləri ilə Ulu Öndərin gənclər siyasətinə sadiqliyini hər zaman nümayiş etdirirlər. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün gənclərimiz Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzindədir və görülən işlər, əldə olunan nəaliyyətlər bunun bariz göstəricisidir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Məmmədova çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Dövlət gənclər siyasətini bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət və qayğı göstərməsi isə hər bir gənci ruhlandırır. Qeyd olunub ki, Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi könüllülük hərəkatı gənclərin sosial fəallığının artırılması, vətəndaş məsuliyyətinin formalaşdırılması və ictimai həyatda aktiv iştirakının təmin olunmasında mühüm rol oynayır. Könüllülük fəaliyyəti gənclərə praktiki bacarıqlar qazandırmaqla yanaşı, onların liderlik keyfiyyətlərini inkişaf etdirir və dövlətçilik dəyərlərinə bağlılığını möhkəmləndirir. Eyni zamanda, xaricdə təhsil imkanlarının genişləndirilməsi gənclərin beynəlxalq təcrübə qazanmasına, müasir bilik və innovativ yanaşmaları mənimsəməsinə şərait yaradır. Bu istiqamətdə həyata keçirilən proqramlar ölkənin intellektual potensialının gücləndirilməsinə və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına xidmət edir. Bildirilib ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfərlər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün gənclərimizlə fəxr edir və qürur duyuruq. Ulu Öndər Heydər Əliyev ideyaları və ölkə rəhbəri cənab İlham Əliyevin strateji liderliyi ilə formalaşan bu gənclik Azərbaycanın sabahını etibarlı əllərdə saxlayır.

Çıxışlardan sonra görüş interaktiv şəkildə davam edərək gənclərin çoxsaylı sualları cavablandırılıb. YAP Yasamal rayon təşkilatında könüllülük proqramını müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatlar təqdim edilib.

SondaYeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri