Icma.az
close
up
RU
“Azərbaycanda ədalətli və sabit yanaşma formalaşıb...”

“Azərbaycanda ədalətli və sabit yanaşma formalaşıb...”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Beynəlxalq sistemdə güc balansının dəyişməsi uğrunda gedən maraqların toqquşması regional münaqişələri artırır və bu böyük güclər arasında rəqabəti dərinləşdirir. Nəticədə dünyanın siyasi tarazlığını pozulur. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginliklər, NATO ilə digər güc mərkəzlərinin qarşı-qarşıya gəlməsi beynəlxalq münasibətlərdə qeyri-sabit bir vəziyyət yaradıb”. 

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

Onun sözlərinə görə, bu, gördüyümüz və dünya üçün açıq olan balans qarşıdurmaları və münaqişələridir:

“Görmədiyimiz və “gizli münaqişələr” adlanan proseslər də mövcuddur. Daha sonra dolayı münaqişələr və dondurulmuş münaqişələr yəni açıq döyüş olmasa da, davamlı gərginliyin qaldığı vəziyyətlər var. Deməli, istənilən vaxt bu latent münaqişələr açıq müharibəyə çevrilə bilər. Çünki rəsmi şəkildə ifadə olunmayan bu münaqişələr potensial olaraq sabahın müharibə mənbəyidir. Sadəcə şəraiti pusqu kimi hesablayan və quran tərəflər nə zamansa tələyə düşəcək “ovu” gözləyirlər. Bütün bu siyasi gərginlik ”Tension state” dünyada kritik vəziyyət və siyasi böhranlar yaradır”. 

Politoloq bildirib ki, Azərbaycan həm enerji ixracatçısı, həm də geosiyasi keçid ölkəsi olaraq, xüsusilə Cənubi Qafqazda yerləşməsi səbəbilə təhlükəsizlik və sabitlik siyasətini daha da həssaslaşdırır:

“Bu geosiyasi gərginliklər dünyasında dövlətimiz həssas, eyni zamanda sabit siyasi mövqe formalaşdırmağı bacarıb və möhkəm siyasi sabitlik əldə edib.Güclü mərkəzləşdirilmiş idarəetmə modeli, iqtisadi dayanıqlılıq, xarici siyasət və diplomatiyadakı uğurlar, həmçinin daxili siyasətdə dialoq mühitinin sabitliyi bu keyfiyyətin göstəricisidir. Bu gün siyasi dialoq, xalq–dövlət birliyi və milli həmrəylik siyasi plüralizmin göstəricisidir. Dövlət, vətəndaş münasibətlərində şəffaflıq, vətəndaş cəmiyyətində milli düşüncənin və dövlətçilik prinsiplərinə sadiqliyin möhkəmlənməsi ölkəmizin əsas dayaqlarındandır. Dünyanın siyasi tarazlığından fərqli olaraq, Azərbaycanda ədalətli və sabit yanaşma formalaşıb və bu, bizim böyük uğurumuzdur. Çünki xarici siyasətimizin qlobal tarazlığın pozulduğu bir dövrdə geosiyasi risklərdən qorunması, təhlükəsizliyin təmin olunması və sabitliyin dialoq, güclü institutlaşma üzərindən möhkəmləndirilməsi qətiyyətli və müdrik siyasi lider İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Xalq liderimizin ətrafında birləşib və bu birlik bizim gücümüzdür.Bu güc yalnız Azərbaycana uzanan pis niyyətli əlləri kəsəcək”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Aprel 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri