Azərbaycanda ehtiyat fondlarına ayırmalar 9 %dən çox artırılır AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 448 milyon manatı və yaxud 1 %-dən bir qədər çoxu ehtiyat fondlarına ayırmaların payına düşəcək.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 38 milyon manat və yaxud 9,3 % çoxdur.
O cümlədən, Prezidentin ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 38 milyon manat artaraq 148 milyon manat təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çoxdur), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















