Publik hüquqi şəxslərə büdcədən ayırmalar 5%dən çox artırılır AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən 56 publik hüquqi şəxsə (PHŞ) 1 milyard 162,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 5,2 % çoxdur.
Gələn il ayrılacaq vəsaitin 1 milyard 109,3 milyon manat dövlət sifarişinə yönəldiləcək. Bu isə 11,2 % artım deməkdir.
Palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bəzi PHŞ-lər üzrə dövlət sifarişinin konkret müəyyən edilmədiyi, müxtəlif illər üzrə eyni olduğu, eləcə də dövlət sifarişi zamanı vəsait ayrılması zamanı məbləğin fəaliyyətlə uzlaşdırılmadığı aşkar edilib. Eyni zamanda, bəzi PHŞ-lər üzrə məqsədli maliyyələşmələr ilin sonunda bank hesabında qalıb, bəzi hallarda, bu, müqavilədə nəzərə alınmayıb. Bununla yanaşı, bu sahədə xərc normativlərinin müəyyən edilməməsi büdcə vəsaitlərinin səmərəli və qənaətcil istifadə edilməməsi ilə nəticələnə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 18 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















