Icma.az
close
up
RU
Azərbaycanda elekromobillərə maraq hansı səviyyədədir? 2030 cu ilədək...

Azərbaycanda elekromobillərə maraq hansı səviyyədədir? 2030 cu ilədək...

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, hazırda dünya üzrə yeni avtomobil satışlarının 20%-i elektriklə işləyən nəqliyyat vasitələrinin payına düşür. Agentlik 2030-cu ilə qədər bu göstəricinin 50%-ə çatacağını proqnozlaşdırır.

Qurumun hesablamalarına görə, elektrik mühərrikli avtomobilləşmənin bu sürəti yaxın 5 ildə gündəlik qlobal neft istehlakını 6 milyon barrel azaldacaq.

Ölkəmizdə elektriklə işləyən nəqliyyat vasitələrinə maraq hansı səviyyədədir?

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, karbon emissiyasının azaldılması ilə bağlı 2030-cu ilə qədər ölkələrin öz üzərinə götürdükləri öhdəliklər var.

O, açıqlamasında karbon emissiyasının azaldılması və ya sıfırlanması trendinə demək olar ki, bütün ölkələrin qoşulduğunu bildirib:

"Dünya ölkələri ilə yanaşı, avtomobil istehsalçıları da karbon emissiyalarının azaldılması təşəbbüsünə qoşulub. Ona görə də bu prosesə elektromobillərin sürətli artımı töhfə verməkdədir. Artıq ölkəmizdə də elektromobillərin tətbiqinə geniş şəkildə başlanılıb. İctimai nəqliyyat sektorunda 100 ədəd yeni elektrobusların alınması və istifadəyə verilməsi bunun bariz nümunəsidir. O cümlədən, elektriklə işləyən avtomobil nəqliyyat vasitələrinin artması müşahidə olunur. Xüsusən də COP29-a ev sahibliyi edəndən sonra Azərbaycan bu proses daha fəal şəkildə qoşulub".

İ.Hüseynli qeyd edib ki, ölkəmiz tərəfindən 2030-cu ilə qədər alternativ enerji mənbələrinin payının 30 faizə qədər artması hədəflənib. Bu proses elektromobillərin ölkənin idxal prosesini sürətləndirir.

İlqar Hüseynli: COP29-a ev sahibliyi edəndən sonra Azərbaycan bu proses daha fəal şəkildə qoşulub

"Xüsusilə də Çindən gətirilən hibrid və elektriklə işləyən avtomobil nəqliyyat vasitələrinin sayında artım var. Buna görə də elektrik avtomobillər üçün şarj stansiyalarının tikintisinin sürətlənməsi də baş verir”.

“Hesab edirəm ki, 2030-cu ilə qədər elektromobillərə keçid daha da sürətlənəcək", - deyə İlqar Hüseynli vurğulayıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri