Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Azərbaycanda elektromobillərə maraq hələlik o qədər də yüksək deyil Ekspert

Azərbaycanda elektromobillərə maraq hələlik o qədər də yüksək deyil Ekspert

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq Energetika Agentliyi dünyada elektrikli avtomobil bazarının hazırkı və perpspektiv vəziyyətinə dair hesabata açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hesabata görə, hazırda Çində satılan bütün elektromobillərin 70%-nə qədərinin qiyməti ənənəvi avtomobillərdən daha ucuzdur. Hazırda dünyada satılan avtomobillərin 25%-i elektrikli analoqlarının payına düşür. 2030-cu ildə bu göstərici ən azı 40% olacaq.

Elektromobilləşmənin hazırkı inanılmaz sürətinin səbəbi nədir? Bu sürət Azərbaycanda hansı səviyyədədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, elektromobilləşmənin bu gün sürətlə yayılmasının, elektrik mühərrikli avtomobillərin istehsalının və istismarının artmasının başlıca səbəbi dünya ölkələri qarşısında duran əsas məsələlərdən biri olan iqlim dəyişikliyi ilə bağlıdır:

"İqlim dəyişikliyinə təsir etmək və atmosferə buraxılan zərərli qazların, xüsusən də CO2 karbon qazının miqdarını azaltmaq üçün artıq istehsalatda ənənəvi benzin və dizel mühərrikli avtomobillərə deyil, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə üstünlük verilir. Bu gün Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan dövlətlər ölkələrində daha çox ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istehsalı və istismarına şərait yaradılması ilə bağlı öz üzərlərinə öhdəlik götürüblər. Bu məsələdə xüsusən də Avropa İttifaqı ölkələri əsas flaqman kimi çıxış edir və bununla bağlı bir sıra mühüm qərarlar qəbul olunub. Qarşıdakı dövrdə həmin dövlətlərdə ənənəvi benzin və dizel mühərikkli avtomobillərin satışı, idxalı və ixracı tamamilə ləğv olunacaq. Bu təşəbbüsü ələ alan ölkələrdən biri də Çindir".

Ekspert hesab edir ki, Çin uzun illər ənənəvi benzin və dizel mühərikkli minik avtomobilləri deyil, məhz elektromobillərin istehsalı istiqamətində ciddi işlər görüb. Çində həmçinin işçi qüvvəsinin və ehtiyat hissələrinin ucuz olması avtomobil istehsalının da daha ucuz başa gəlməsinə səbəb olub. Ona görə də Çin daxilində elektromobillərin qiyməti ucuzdur.

"Çin ucuz əmtəə təklif etdiyi üçün daha çox qazanc əldə edir. Çində həmçinin dövlət tərəfindən subsidiyalar təqdim olunur. Əgər sahibkar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi istehsal etmək istəyirsə, onlara subsidiyalar verilir. Həmçinin həmin avtomobillərin ixracında da sahibkarlara stimullaşdırıcı amil kimi yenə də subsidiyalar ayrılır. Bu isə Çində avtomobil sənayesinin inkişafına müsbət təsir edən faktorlardan biridir", - deyə müsahibimiz qeyd edib.

Eldəniz Cəfərov, nəqliyyat eksperti

Azərbaycanda elektromobillərə münasibətin yeni olduğunu bildirən E.Cəfərov vurğulayıb ki, bu istiqamət üzrə ölkəmizdə hələ yeni addımlar atılır və qarşıda bir sıra mərhələlər var. Ümumilikdə isə atılan addımları uğurlu hesab etmək olar.

Müsahibimiz deyib kii, region ölkələrimizdə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalı və istismarı ilə bağlı bir sıra qərarlar qəbul olunub, həvəsləndirici işlər görülüb. Buna idxal zamanı rüsumların ləğv olunmasını, o cümlədən enerjidoldurma məntəqələri üçün lazım olan avandanlıqların idxalında rüsumların hesablanmamasını, elektromobillərin kredit şərtlərinin sadələşdirilməsini misal göstərmək olar.

“Azərbaycanda da elektromobillərə maraq artıq yaranıb. Lakin hələlik o qədər də yüksək deyil. Ötən il ölkəmizə idxal olunan avtomobillərin yalnız 3000 ədədi elektromobil olub. Düşünürəm ki, qarşıdakı dövrdə bu say daha da artacaq", - deyə Eldəniz Cəfərov qeyd edib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see284

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see281

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see267

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see260

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see250

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see250

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see244

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see242

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see236

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see236

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see235

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see226

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see222

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see220

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see220

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see217

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see205

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see198

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri