Fəzail Ağamalı və nəvəsi haqda qalmaqal böyüyür Növbəti addım...
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Deputat Günay Ağamalıyevanın övladı olduğu deyilən qızla bağlı müzakirələr davam edir. Görüntülərdə onun boynuna xaç taxması, xristianlığı qəbul etdiyi iddiaları da cəmiyyətdə birmənalı qarşılanmayıb. Xatırladaq ki, vaxtilə deputatın atası, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da keçmiş dövlət rəsmisi Fatma Abdullazadənin qardaşının xristianlığı qəbul etdiyi barədə iddialar səsləndirmişdi. İndi isə onun “nəvəsi” haqda oxşar məlumatlar dövriyyəyə buraxılıb. Əksəriyyət sorğulayır ki, əgər bunlar həqiqətə uyğun deyilsə, F.Ağamalı niyə rəsmi bəyanat vermir. Digər tərəfdən, Günay Ağamalının təkzibi ictimaiyyəti qane etmir, sənədli sübut istəyənlər də kifayət qədərdir.
Qeyd edək ki, G.Ağamalının sözlərinə görə, videodakı qız onun övladı deyil.
Vətəndaşlara açıq faktlar təqdim olunmalıdırmı? Günay Ağamalı yenidən açıqlama verəcəkmi? Fəzail Ağamalı niyə bəyanat yaymır?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, burada həm hüquqi, həm də siyasi məqamlar var:
“Bu gün texnologiya o qədər inkişaf edib ki, istənilən insanın səsini və ya görüntüsünü dəyişmək mümkündür. Buna görə də sosial şəbəkələrdə yayılan hər videoya fakt kimi yanaşmaq doğru deyil. Üstəlik, son aylarda Fəzail Ağamalının başının üzərini qara buludlar alıb. Həm övladı, həm partiyası ilə bağlı müxtəlif məlumatlar yayılır. İndi də digər övladı barədə iddialar gündəmə gəlib”.
Vəkil vurğulayıb ki, məsələni şəxsin dini kimliyi prizmasından müzakirə etmək doğru deyil:
“Tutaq ki, videosu yayılan gənc Günay Ağamalının qızıdır və xristianlığı qəbul edib. Azərbaycan sekulyar dövlətdir, burada insan ateist də, müsəlman da, xristian da ola bilər. Bu, vətəndaşın şəxsi seçimdir, heç kimə irad tutmaq olmaz. Eyni qaydada geyim, həyat tərzi də şəxsi seçimdir. Bunları əsas götürərək kimisə hədəfə almaq, “qurşaqdan aşağı” vurmaq düzgün deyil”.
Mehman Muradlı
M.Muradlı əlavə edib ki, sosial şəbəkələrdə yayılan təhqiramiz paylaşımların müəllifləri sonradan “söz azadlığı” arxasına sığınırlar:
“Əgər söz azadlığından danışırıqsa, onda başqasının dini və şəxsi seçimlərinə hörmət etməliyik. Bir tərəfdən “səsimizi boğurlar” deyib, digər tərəfdən insanların seçimlərinə müdaxilə etmək olmaz. Digər tərəfdən, iddialarda adı çəkilən şəxslərdən rəsmi açıqlama tələb etmək hüquqi baxımdan məcburi deyil. Günay Ağamalının və ya Fəzail Ağamalının mütləq bəyanat verməsi tələb oluna bilməz. Kimsə haqqında əsassız paylaşım edilirsə, həmin şəxs məhkəməyə müraciət edə bilər. Amma “niyə açıqlama vermir?” sualı hüquqi öhdəlik yaratmır”.
Zaira Akifqızı
Globalinfo.az
Baxış sayı:76
Bu xəbər 27 Noyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















