Icma.az
close
up
RU
Bu ölkə ilə kənd təsərrüfatı ticarətinin genişləndirilməsi müzakirə edilib FOTO

Bu ölkə ilə kənd təsərrüfatı ticarətinin genişləndirilməsi müzakirə edilib FOTO

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ölkələrimizdə aqrar sahədə kadr hazırlığı aparan universitetlər arasında tələbə və akademik heyətin mübadiləsi proqramlarının həyata keçirilməsinin, gənc mütəxəssislərin ikili diplom, təlim və təcrübə proqramlarına cəlb edilməsi imkanları, elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Hər iki nazir Azərbaycan Dövlət Aqrar Universitetinin Gürcüstanın analoji ali təhsil müəssisələri ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirməsinin, birgə elmi-praktik konfransların təşkili, baytarlıq və digər istiqamətlər üzrə kadr hazırlığın təkmilləşdirmək məqsədilə tələbə və müəllim mübadiləsinin aparılmasının, Gürcüstanda yaşayan soydaşlarımızın aqrar təhsilə cəlb olunması üçün stimullaşdırıcı proqramların hazırlanmasının vacibliyini vurğulayıblar. Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gürcüstanın ali təhsil ocaqları arasında daha çevik əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə qısa zamanda universitetlərin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Daha sonra nazir Məcnun Məmmədov bu ölkənin parlamentinin aqrar komitəsinin sədri Gela Samxarauli ilə görüşüb. Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi-normativ bazanın təkmilləşdirilməsi, bu sahədə mövcud əməkdaşlığı tənzimləyən qanunların və beynəlxalq müqavilələrin daha effektiv işləməsini təmin etmək məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Gürcüstanın strateji tərəfdaş ölkələr olduğunu, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu aqrar sektora dair qarşılıqlı münasibətlərin hüquqi çərçivəsini təmin edir, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı yaradılacaq birgə İşçi Qrup bu əməkdaşlığı daha da irəli aparmağa imkan verəcək. Görüşdə kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarət dövriyyəsinin artırılması, transsərhəd xəstəliklərə qarşı birgə mübarizənin təşkil edilməsi, bu sahədə müntəzəm məlumat mübadiləsinin aparılması, elmi tədqiqatlar və təhsil sahəsində əməkdaşlıq və digər məsələləri dəstəkləyəcək qanunvericilik bazasının təkmilləşdirilməsi mövzuları geniş müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri